Vera Karlovna Şirye (; ) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1961).
Həyatı Vera Şirye səhnə fəaliyyətinə 1933-cü ildən Bakı İşçi Teatrı (1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı) nəzdindəki studiyada başlamışdır. 1938-ci ildən həmin teatrın aktrisası olmuşdur.
Rolları Mirandolina ("Mehmanxana sahibəsi", K. Qoldoni), Maşa ("Canlı meyit", L. Tolstoy), Melanya ("Günəşin övladları", M. Qorki), Anna İliniçna ("Ailə", İ. Popov), Qızyetər ("Xanlar", S. Vurğun), Nataşa ("Şərqin səhəri", Ə. Məmmədxanlı), Ledi Hef ("Oğruların şənliyi", J. Anuy), Tereza ("Terezanın ad günü", G. Mdivani), Pori xala ("Sən no üçün yaşayırsan?", İ. Qasımov və H. Seyidbəyli), Elizaveta ("Mariya Stüart", F. Şiller), Kuraj ana ("Kuraj ana və uşaqları", B. Brext) və s. Bədii qiraət ustası kimi də tanınmışdır.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 2 fevral 1956 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 mart 1961 "İstiqlal" ordeni — 30 yanvar 2000 "Xalqlar Dostluğu" ordeni — 30 yanvar 1985 "Qırmızı Ulduz" ordeni — 30 dekabr 1945 "Qafqazın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
Filmoqrafiya Mahnı belə yaranır (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Muğam (film, 1976)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri