Allüvi (yun. alluvio - gətirmə) — Daimi və müvəqqəti çayların çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. Allüvidə bitki və heyvan qalıqlan da olur.

Allüvial su Müasir və ya gömülmüş çay dərələrinin allüvial çöküntülərində yayılmış yeraltı su.

Allüvial-delüvial çöküntülər Eroziya və yamacların delüvial yuyulma proseslərinin birgə fəaliyyəti nəticəsində toplanan çöküntülər. Vadilərin yamaca yaxın hissələrində və ya dərələrdə güclü daşqınlar zamanı allüvium və delüvium yığımlarının növbələşməsi nəticəsində formalaşır. Xarakter xü­susiyyəti; qırıntı materialının zəif çeşidləşməsi və yuvarlaqlığı; kəsiliş boyu allüvial (çaqıllar, qumlar) və delüvial (qumcalar, gilcələr, narın xır) akkumilyasion fazalara uyğun gələn çöküntülərin növbələşməsi.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008

Həmçinin bax Allüvial düzənliklər

İstinadlar

Kateqoriya:Coğrafiya