Prosenoz – Ümumi (Bıkov, 1957), müvəqqəti qruplaşma (Sukaçov, 1917), pioner senozu (Ramenski, 1938), qruplaşma (Alyoxin, 1938), koloniya (Şaxov, 1946), prosenoz və yalançı fitosenoz (Neuhasl, 1963) – orqanizmlərin birgə məskunlaşmasının qeyri sabit davamsız forması, biosenozun təşəkkül və ya sönmə fazasıMəmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008.
Ümumi məlumat Prosenozun başlanğıc mərhələsi üçün aşağıdakılar adi haldır: növlərin təsadüfən yığımı, onların diasporları külək, su və digər amillərlə asanlıqla aparılır; tez inkişaf edən, tez və bol meyvə (toxum) verən (xüsusilə bir-ikillik) və vegetativ çoxalan bitkilər; ekotopun tam tutulması; ilbəil güclü dəyişmə. Tərkibinə görə prosenozlar bir neçə qrupa bölünə bilər. Prosenozlar- kaloniyalar adətən bir ekobiomorfun bir və ya bir neçə növünün məskunlaşması. Onların populyasiyalarının sayı hər il kəskin dəyişir, biosenoloji mühit əmələ gəlmir. Prosenozlar- qruplaşmalar – tərkibi xeyli müxtəlifdir, bir və bir neçə ekobiomorfa aiddir.
Xarici keçid
Həmçinin bax Populyasiya Biosenoz Ekosistem
İstinad Kateqoriya:Coğrafiya Kateqoriya:Botanika