Noxuddağ - Babək rayonu ərazisində dağ (hünd. 1677,6 m). Nehrəm platosunun cənub-qərb kənarında yerləşən ən yüksək zirvə. Arazın sol sahilində, Gülüstan kəndindən 12 km-dək qərb-şimal-qərbdədir.  Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomitləri və dolomitli əhəngdaşılarından təşkil olunmuş, zirvəsi yastı kəsik konus formalı yüksəklikdir.   Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir. 

Həmçinin bax: Gədikdağ Alçalıdağ Xarxat dağı Xəzəryurd dağı Əyridağ

İstinadlar

Kateqoriya:Babək rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri