Şahzadə Babayeva — aktrisa.

Həyatı Yasamal rayonundakı 20 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Tələbəlik illərində C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana, S.Vurğunun "Xosrov və Şirin" dramı əsasında hazırlanmış tamaşada Şirin və Məryəm, Eduard Definin "Silindir"ində Rita obrazlarını özünəməxsus orijinallıqla tamaşaçılara təqdim edib. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. "Teymurləng"də Olimpiya, "Həyatın dibində" Nastya, "Adsız ulduz"da Monna, "Knyaz"da Jasmen Şəki Dövlət Dram Teatrında yaratdığı uğurlu obrazlardandır. 1984-cü ildən 1992-ci ilədək Gənclər teatrında çalışan aktrisa, 1993-cü ildə taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır.

Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuş və bir oğlu dünyaya gəlmişdir. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Teatrdakı rolları Medeya (J.Anuy) — dayə Dönüş (Cəfər Cabbarlı; quruluşçu rejissor Hafiz Fətullayev, rejissor Əfqan Soltanov) — Qəmər Ölülər (Cəlil Məmmədquluzadə; quruluşçu rejissor Oruc Qurbanov) — birinci azarlı Elektra (Sofokl) — Kliteminestra Nadir şah (Nəriman Nərimanov) — ana Müsyo Jordan və Dərviş Məstəli Şah (Mirzə Fətəli Axundov) — Şəhrəbanu Oğul (A.Babayev) — şikayətçi Xəyanətin müsibəti (İ.Kərimov) — Ümmi İshaq Tənha qadınlar (Əziz Nesin) — Dahabəyim Türk sancağı (A.Qurbani) — şəhid anası Unutqanlıq qorxunc bəladır (Ə.Əliyev) — Sona Dəli Domrul (A.Məmmədov) — carçı qadın Qara Fatma (S.Qafarov) — Qara Fatma

Filmoqrafiya Şirin bülbül (film, 2000) Yeni həyat (2005)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları