Andrey Qromıko (, ) — SSRİ-nin tanınmış dövlət xadimi, SSRİ dövrünün görkəmli diplomatı. SSRİ-nin xarici işlər naziri.

Həyatı Andrey Qromıko 18 iyul 1909-cu ildə Qomel vilayətinin ucqar bir kəndində anadan olub.

Andrey Qromıkonun siyasi karyerasının başlanğıcının maraqlı tarixçəsi var. 30-cu illərdə SSRİ Xalq Xarici İşlər Komissarlığında Stalin tərəfindən aparılan represiyalar və təmizləmələrdən sonra bu quruma yeni kadrların cəlb olunması məsələsi Molotova həvalə olunub. Molotov ciddi seçimlərdən sonra namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin siyahını nəzərdən keçirərkən Qromıkonun adı üzərində dayanıb: "Bu soyad mənim xoşuma gəlir".

Beləliklə, Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb.

Andrey Qromıko qısa bir müddət ərzində öz işinin bilicisi kimi tanınıb, Kremlin etibar edəcəyi siyasətçi kimi dövlətin siyasi kursunun müəyyənləşdirilməsində əsas söz sahiblərindən birinə çevrilib. Bunun nəticəsi olaraq o, şəxsən Stalinin təşəbbüsü ilə Vaşinqtona səfir təyin edilib, Amerika Birləşmiş Ştatları ilə çox da isti olmayan münasibətlərin yaxşılaşdırılması kimi vacib bir məsələ məhz ona həvalə edilib.

İkinci Dünya müharibəsi ərəfəsində Amerika ilə SSRİ arasında əsas körpü rolunu oynayan Qromıko bir çox əhəmiyyətli siyasi tədbirlərin, o cümlədən Yalta görüşünün təşkilatçılarından biri olub.

Andrey Qromıko 1957-ci il fevralın 15-də SSRİ-nin xarici işlər naziri təyin edilib. Bu təyinatın ömrü düz 28 il, 1985-ə kimi davam edib.1985-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib.1983–1985-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini çalışmışdır

Andrey Qromıko 1989-cu ildə 80 yaşına üç gün qalmış Moskva şəhərində vəfat edib. O, özünün vəsiyyəti, doğmalarının xahişi ilə Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.

İstinadlar

Kateqoriya:Novodeviçye qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Rusiya ateistləri Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri Kateqoriya:SSRİ rəhbərləri Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:SSRİ-nin xarici işlər nazirləri Kateqoriya:Rusiya ateistləri Kateqoriya:Şəxslər:Minsk vilayəti Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:SSRİ səfirləri Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:RSFSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:İkiqat Sosialist Əməyi Qəhrəmanları