Ceyms Çadvik () — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi.
Həyatı Mançester və Kembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur.
Fəaliyyəti left|thumb|Kavendiş laboratoriyası fizikanın bəzi böyük kəşflərinin məkanı idi. 1874-cü ildə Dyuk Devonşir tərəfindən təsis edilib (Kavendiş ailəsinin adı idi), ilk professor isə Ceyms Clerk Maksvell idi. 1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə). Çedvikin ən böyük xidmətlərindən biri, berillium hədəfi alfa-hissəciklər seli ilə şüalandırarkən neytronu kəşf etməsidir (1932). 1934–35-ci illərdə əməkdaşı M. Qoldhaberlə birlikdə qamma-kvantların təsiri altında deytronun neytron və protona fotodissosiasiyasına aid təcrübələr qoymuşdur. 1943–45-ci illərdə Los-Alamos (ABŞ) laboratoriyasında atom bombasının layihəsi üzərində işləyən ingilis alimləri qrupuna rəhbərlik etmişdir.
Həmçinin bax Hemfri Devi Piter Hiqqs
İstinadlar
Xarici keçidlər Ceyms Çedvikin bioqrafiyası və fəaliyyəti Ceyms Çedvik Atom İrsi Fondu
İstinadlar
Kateqoriya:İngilis fiziklər Kateqoriya:Mançesterdə doğulanlar Kateqoriya:Kembricdə vəfat edənlər Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:Britaniya fizikləri