Munis Məhəmməd İsmayıl oğlu Şərifov () — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016).

Həyatı

1962-ci ildə anadan olmuşdur.

Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.

O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir.

M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir.

2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır.

O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. 19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə xalq artisti fəxri adına layiq görülüb.

Filmoqrafiya Qız qalası (film, 2000)

İstinadlar

Mənbə http://www.mugamradio.az/az/ifacilar/19/munis-srifov Adil Seyidzadə. "Kamançanın akvarel ovqatı" //Odlar yurdu.- 1991, noyabr.- № 22.- səh. 2.

Xarici keçidlər Xalq Artisti Munis Şərifov: "Musiqi alətləri insan kimi həssasdır"

Kateqoriya:Azərbaycan kamança ifaçıları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri