right|thumb|288x288px| Təmizləmə – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan texnoloji proseslər.Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Təmizləmə növləri

Biokimyəvi təmizləmə Çirkab suların təmizləmə xüsusi bakteriya, ibtidailər və bəzi ali bitkilərin köməyilə aparılır.

Hidro – qum – şırnaq təmizləmə Metal məmulatları və tikinti materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın şırnaqla verilməsi ilə aparılır.

Qravitasiya t əmizləmə Çökdürmə yolu ilə tozların tutulması.

Turşu təmizləmə Neft məhsulları bu üsulla təmizlənir.

Yaş təmizləmə Qazların maye ilə təmasda olarkən bu üsuldan istifadə olunur.

Yaşayış yerlərinin təmizləmə Yaşayış yerlərində toplanan tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə görülən kompleks tədbirlər.

Qum – şırnaq təmizləmə Metal məmulatları və tikinti obyektlərinin səthi xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir.

Neft məhsullarının sulfat turşusu ilə təmizləmə Neft məhsullarının və yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qatran maddələrindən sulfat turşusu ilə təmizlənməsi.

Termik təmizləmə Oksigen-asetilen lampasının alovu ilə metalların səthinin təmizlənməsi.

Kimyəvi Təmizləmə Metalların səthinin (əsasən pasdan) turşu əsasında karroziya inqibitorlar əlavə edilməklə xüsusi tərkiblə təmizlənməsi.

Qələvi təmizləmə (neft məhsullarının) Qələvinin köməyi ilə açıq neft məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və onların turş komponentlərini neytrallaşdırmaq.

Elektrik təmizləmə (qazların) Elektrostatik gücün təsirilə tozların tutulması.

Xarici keçid

Həmçinin bax

İstinadlar

Kateqoriya:İqtisadiyyat Kateqoriya:Təmizləmə