Biysk — Rusiya Federasiyasında, Altay diyarının cənub şərqində şəhər. Biysk rayonunun mərkəzi.

Əhalisi Əhalisi 227,6 min (2005).

Coğrafiyası Biya çayı (Ob hövzəsi) sahilində port. Biyskdən Novosi birsk–Taşanta avtomobil yolu (Çuya traktı) keçir. Dəmiryol stansiyası. Aeroport.

Tarixi left|thumb|323x323px|I Pamyatnik Petru 1708–09-cu illərdə Bikatun ostroqu (qala) kimi salınmış, 1732-ci ildən Biya ostroqu adlandırılmışdır. 1782-ci ildə şəhər statusu almışdır. 1782–97-ci illərdə Kolıvan vilayətinin (1783-cü ildən Kolıvan quberniyasının), 1804–22-ci illərdə Tomsk quberniyasının qəza şəhəri idi. 1827–1917-ci illərdə Tomsk quberniyasının Biysk dairəsinin inzibati mərkəzi, 1917–25-ci illərdə isə Altay quberniyasının qəza şəhəri olmuşdur.

İqtisadiyyatı Şəhərin nəqliyyat yollarının kəsişməsində yerləşməsi, həmçinin əkinçilik və maldarlıq üçün əlverişli şəraitin olması Biyskin inkişafına imkan yaratmışdır. 1915-ci ildə Biysk dəmiryolu vasitəsilə Transsibir magistralına qoşulmuşdu. Sibir (1925–30) və Qərbi-Sibir (1930–37) diyarlarının dairə mərkəzi olmuşdur. Biysk Dövlət Pedaqoji Universiteti (1939), Altay Dövlət Universitetinin və Altay Dövlət Texniki Universitetinin filialları; dram teatrı fəaliyyət göstərir Biysk Altay diyarının ikinci sənaye mərkəzidir. Biysk qazanxana avadanlıqları zavodu, "Altay vitamin", şüşə-plastik zavodu, faner-kibrit kombinatı, tikiş fabrikivə s. var.

Qalereya

Həmçinin bax Belyov Danilov Demidov Engels (şəhər) Fatyoj Langepas Malmıj

Xarici keçidlər Biysk şəhərinin rəsmi internet səhifəsi

İstinadlar

Kateqoriya:Altay diyarının şəhərləri