Rəşad Babayev () — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan yığmasının məşqçisidi.
Həyatı Rəşad Babayev 1981-ci il sentyabrın 3-də Bakıda anadan olub. 7 yaşından "Həmkarlar İttifaqı" adlı Bakı şahmat məktəbində məşğul olmağa başlayıb. Şahmat oynamağı atasından öyrənmişdi.
Reytinqi 2009-cu ilin aprel ayında Babayev 2535 reytinqinə malik idi və FİDE aktiv şahmatçıların reytinq cədvəlində 491-ci yeri tuturdu. Avropanın aktiv şahmatçıların reytinq cədvəlində 400-cü yer, milli reytinqində 11-ci yerdə qərarlaşmışdır.
Nailiyyətləri Dəfələrlə Avropa çempionatlarının iştirakçısı olmuşdur Dubay şəhərində beynəlxalq turnirdə — 2-ci yer, 1999-cu il. İranda keçirilən "Gilan Scheveningen" beynəlxalq turnirdə — 2-ci yer, 2006-cı il Rusiyanın Tula şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 2–3-cü yerlər, 2007-ci il. Rusiyanın Kireyevsk şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 1–2-ci yerlər, 2007-ci il. İspaniyada keçirilən "XXXIII Open Internacional" beynəlxalq turnirdə — 3-cü yer, 2007-ci il. İspaniyada keçirilən "XXIV Open Collado Villalb" beynəlxalq turnirdə 1–3-cü yerlər, 2007-ci il. Fransanın Tuluza şəhərində keçirilən "3e Open de Ouest Toulousain" beynəlxalq turnirdə 3-cü yer.
İstinadlar
Xarici keçidlər FİDE saytında profili www.chessgames.com saytında seçilmiş partiyaları
Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri