Fərhəng Rəhim oğlu Hüseynov (16 iyul 1949 – 16 fevral 2010) — Azərbaycan bəstəkarı, skripkaçı, Azərbaycanın əməkdar artisti (2009), "Böyük İpək Yolu" Beynəlxalq müsabiqənin (Yaponiya, 1991) "Sülh naminə" Beynəlxalq müsabiqənin (ABŞ, 1995) "Xose Asunsyon Flores" adına I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000).

Yaradıcılığı

Operalar "Balaca şahzadə" (1990) — Antuan de Sent-Ekzüperinin eyniadlı əsəri əsasında "Kodayu (opera)" (1993) – libretto Eyko Aokinindir, yapon dilində ilk opera

Simfonik əsərlər Simfonik orkestr üçün "Zaman üzrə səyahət" (1990); Solistlər, xor və simfonik orkestr üçün "Qoy dünyada sülh olsun!" (1995); Simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000);

Digər Orqan üçün "Mərasimlər" (1991); "Kiçik kantata" (1996); 4 Romans (1997); Skripka və piano üçün Sonata (1997); Soprano və simli kvartet üçün "Stabat Mater" /"Ümumdünya insan hüquqları Deklarasiyası"nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb/ (1998); 2 saylı Simli kvartet (2000).

Filmoqrafiya Mənim arzularım haradadır (film, 1983) Polad adalar (film, 1985) Abşeron qalaları (film, 1989) (qısametrajlı sənədli film)

Həmçinin bax Rəhim Hüseynov (Əyyub oğlu)

Xarici keçidlər Farhang Huseynov — Pyes (Piyano üçün)

İstinadlar

Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Türkiyə azərbaycanlıları