Qaratorpaq dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2903 m). Dərələyəz silsiləsinin suayırıcında zirvə. Günbəzvarı formadadır. Tektonik cəhətdən Ordubad sinklinoriumunun Kolanı-Remeşin tektonik blokunun şimal hissəsində yerləşib, Erkən Pliosen vulkanizminin andezit-dasit tərkibli subvulkan fasiyasının törəmələrindən təşkil olunmuşdur.
Həmçinin bax Qapıcıq dağı Elti dağı Maparax Aqlar silsiləsi Ağsal dağı
İstinadlar
Kateqoriya:Şahbuz rayonunun dağları