Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır.
Məzmun Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır.
Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Personajlar
Veb-şirkətdə yaşayan qırx yaşlı gombul adamdır. Tabekko marşmelloularını çox sevir. Hətta marşmellouların qoxusu belə onu istər-istəməz özünə çəkir. İori və MIO5 tez-tez bundan istifadə edirlər.
Hiqenin həmkarı və onu sevən qadındır. Hiqenin diqqətini çəkmək üçün tez-tez marşmelloulardan istifadə edir.
İorinin kiçik qardaşıdır. İoriyə qarşı bir az bacı kompleksi var.
İorinin həmkarıdır.
İorinin həmkarıdır. Ofis saatlarından sonra içməyi sevir. Anası ona evlənməsi barədə təzyiq edir.
Media Manqa "Ojisan and Marshmallow" Rekomaru Otoi tərəfindən yazılan və çəkilən manqa seriyasıdır. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha manqanı buraxmaq hüququ əldə etmişdir və 5 noyabr 2014-cü ildə Toyre Komorunun müəllifliyi ilə ilk cildi buraxılmışdır. İndiyə qədər 4 cildi nəşr olunmuşdur.
Cild siyahısı
Anime Anime adaptasiyası 2015-ci ilin iyununda anons edilmişdir. Creators in Pack tərəfindən 12 seriyalıq anime 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. 16 aprel 2016-cı ildə yayımlanmamış 13-cü seriyası buraxılmışdır.
Seriya siyahısı № Başlıq Yayım tarixi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Ichijinsha manqaları Kateqoriya:Creators in Pack Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Manqalara əsaslanan televiziya verilişləri Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Çap olunmuş veb-komikslər