Basmınc (yerli xalqın ləhcəsində Vasmış) () — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında şəhər. Basmınc Təbriz şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir.
Əhalisi 10,736 (2006–cı il əhalinin siyahıya alınmasına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının 22-ci şəhəri sayılır.
Basmınc suğatları (sovqatları) qali, Liqvan pendiri və Basmınc xiyarıdır (yerpənək-gülbəsər).
Həmçinin bax
Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri Kateqoriya:Təbriz şəhristanının kəndləri