Q kodları; hamısı Q ilə başlayan, 3 hərfli mesajlarıdır. İlk dəfə ticari məqsədlərlə simsiz teleqraf (radio-teleqraf) əlaqəsində, xüsusilə həvəskar radioçuluqda istifadə edilmək üçün qurulmuşdur. Əvvəllər Morze kodu ilə istifadə edilməsinə baxmayaraq, şifahi ünsiyyətin icadından sonra da istifadə edilməyə başlanılmışdır.
QAA-QNZ arasındakı kodlar aviasiyaya, QOA-QQZ dənizçiliyə, QRA-QUZ bütün xidmətlərə ayrılmışdır.
Q kodları hansısa sözün qısaltması deyillər. Həvəskar radioçuluqda istifadəsindən nümunələr: QRL: Məşğulsan? QRV: Hazırsan? QTR: Saat neçədir? Aviasiyadakı istifadəsinə nümunələr: QNH: Dəniz səviyyəsindəki atmosfer təzyiqi. QFE: Hər hansı bir səviyyədə atmosfer təzyiqi QNE: Standart təzyiq xətti. (1013,25 hektopaskal.) QDM: Hər hansı bir stansiyaya doğru maqnetik baş. QDR: Hər hansı bir stansiyadan maqnetik radial.
Həmçinin bax Morze əlifbası
Mənbələr National Communications Magazine. Radio codes & signals – Florida. Retrieved 2010-01-30. "The Q Code". Retrieved 5 September 2016. "List of Q-codes". "FSD-218 — Field Service Form: Instructions for NTS Radiogram Messages" (PDF).
Kateqoriya:Radioəlaqə Kateqoriya:Kodlaşdırmalar Kateqoriya:3 simvollu siqlalar