Qarabaş (və yaxud QarabaşlarAkif Muradverdiyev. «Zəngəzur. Tariximizin yaddaşı», Bakı, "Xəzər" nəşriyyatı, 2007.İbrahim Bayramov. «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» , Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 86. ISBN 5-8066-1452-2 ArxivləşdirilibMusa Urud. «Zəngəzur», Bakı, "Nurlar", 2005. səh. 311.) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd.
Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb.Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002
Adı Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.
1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi səhvən farslar kimi göstərilib. Amma kənddə heç vaxt farslar yaşamayıb, yalnız azərbaycanlılar yaşayıb.
Tayfaları
1. Dərgah uşağı 2. Hacı uşağı 3. Haxı uşağı 4. Həsən uşağı 5. Hüseyn uşağı 6. İsmayıl uşağı
Ailələri
1. Abış Həsənoğlu 2. Dərgah 3. Əbülfəz 4. Əlipənah 5. Həsən6. Hüseyn 7. Xanəli Hacıyev 8. İbrahim 9. Məhəmməd 10. Məmmədqulu11. Müsürza Sayadoğlu 12. Mütəllim Hacıyev 13. Nəbi 14. Zeynal 15. Ziyad
Həmçinin bax Qafan rayonu Gığı dərəsi Baharlı
İstinadlar
Kateqoriya:Qafan rayonunun kəndləri