Natavan Həbibi və ya bəzən Nataone () — Azərbaycanlı müğənni, aktrisa və aparıcı.
Həyatı Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub. Sevimli müğənnimiz öz mahnıları ilə geniş auditoriya toplaya bilmişdir. Öz dəsti-xətti ilə seçilən Natavan Həbibi daha sonra "Sadəcə bulud", Moskvada isə "Ehtiyacım var", "Etirazım var" mahnılarına da maraqlı kliplər çəkdirib. Bir neçə verilişin aparıcısı olub.
Ərəb dilində "Habibi" və "Ehsas jadid" mahnılarını ifa edib. "Habibi" mahnısı prodüser Maksim Fadeyev (ru) ilə iş birliyi zamanı ərsəyə gəlmişdir.
2008-ci ildə İzzət Bağırov ilə birlikdə "Ayrılıq imiş" filmində çəkilib. Filmdə baş rol alaraq Nərmin adlı gənc bir qızın obrazını canlandırıb.
2011-ci ilin iyun ayında Türkdilli xalqların qatıldığı festivalda — "Turkvision" müsabiqəsində Azərbaycanı təmsil edib.
thumb|left|Solo konsert 24 may 2014-cü ildə H. Əliyev Sarayının səhnəsində "DİNLƏ" adlı solo konsert proqramı ilə, sentyabrında isə "Crystal Hall"-da konserti baş tutdu.
2015-ci ildə çəkilən "Zaman adlı qatar" filminin soundtrekini ifa edən müğənni, "Başıma bəla", "Sən", "İstərəm" adlı hitlərini, eləcə də musiqisini özü bəstələdiyi "Anlayamadım" mahnısını sevənlərinə təqdim edib. O, aprel ayında Şəki şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı — Şəki 2016" ilinin açılış mərasimində səhnə almaqla, beynəlxalq festivalı daha yaddaqalan etdi. 2017-ci ildə yeni "Hozu" adlı romantik komediya filmində baş rola dəvət alıb. 2017-ci ildə Reper "DaDo" ilə ailə həyatı qurub.
O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Diskoqrafiyası Təyyarələr Məni Sevərsən 5 Dəqiqə (Zamiq, Jin ilə) Ağlayır Axtarma Ana Vətənim Anlayamadım Arzu Ayrılığın Sağlığına (Tunar ilə) Ayrılmarıq Başıma Belamısın (türk dilində) Bezdim Damlalar Dənizin Nəğməsi (Elton ilə) Dinlə Dön Geri Düşünürəm Eсли б звезды ступеньками стали Ehsas jadid (ərəb dilində) Ehtiyacım var Etiraf Etirazım var Gedən Dönməz Geri Dönəcək Getmə Gözləyirəm Günəşdən Qorxmadan Habibi (Ərəb dilində) Harda Olsan (2016) Hardasan (Pərviz Abdullayev ilə) Həsrət Nəğməsi İstərəm Kaş Onu Görə Biləydim (MC Murad ilə) Səbr elə (Tunar ilə) Qayıdacaqsan Qəlbim Sənindir (Zamiq ilə) Qismət Ayıranda (Muxtar ilə) Listen (ingilis dilində) Məhəbbət Yalandı Mən Səni İtirsəm Məni Oyatmayın Nejnost (rus dilində) (İlham Qasımov ilə) Nömrə 1 (Röya, Elnarə, Jin ilə) Olmadı Olsanda Olmasanda Öyrəşdirdin (Əfqan ilə) Sadəcə Bulud Sevdiyini söylə Sevəcəyəm Sən Sənə Sən Məni Başa Düşmürsən Sən İncisən Sənin oldum Sənsiz Son Bahar (Miri Yusif ilə) Stop Sus Tapmaca (Elnur ilə) Təyyarələr Ulduzlar yandı Yağış (Emil Bədəlov ilə) Yaz Yağışı Yenə Də Dəyməz Sevgi bizi yola verdi Qısqana Qısqana Çətin
Videoqrafiya +SayKlipTarix01Səni İtirsəm200502Sadəcə Bulud200703Ulduzlar200704Ehtiyacım Var200805Etirazım Var200906Ayrılmarıq201107Sənin Oldum201208Damlalar201309Sus201310Ruhunla ft. Sheyh Ree201411Sən201512Dənizin Nəğməsi ft. Elton Hüseynəliyev201513Yat, Dostum ft. Dado201614Zaman Adlı Qatar201615Ana Vətənim201616Sənə201717Səni-Səni201718Sevgi Bizi Yola Verdi (Promo Video)201819Qısqana-Qısqana201820Əşi, Özü Bilər201921DOST ft. Kazımcan202122Çətin202123Olma Nigaran (Snippet Video)2022
Filmoqrafiya Ayrılıq imiş (film, 2008) (tammetrajlı bədii film) 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: özü) Hozu (film, 2017) (tammetrajlı bədii film)
Təltifləri Dağıstanın əməkdar artisti — 2016
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycanlı aktrisalar Kateqoriya:Türkmənistan azərbaycanlıları Kateqoriya:Azərbaycanın qadın pop müğənniləri Kateqoriya:Azərbaycan film aktrisaları