Müqəddəs Nina qız gimnaziyası

Bina

Bina 1883-cü ildə Gəncənin ikinci hissəsində, ermənilərin və qeyri- müsəlmanların kütləvi yaşadıqları ərazidə, "Qırmızı kənd" adlandırılan yerdə inşa edilib. Binada XIX əsrin sonları, XX əsrin əvvəllərində Müqəddəs Nina qız gimnaziyası yerləşirdi. Sovet hakimiyyəti illərində bu bina ADAU-nun hərbi kafedrasının korpusu kimi fəaliyyət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin istifadəsindədir. thumb||left|332x332px

Gimnaziyada 1885-ci ildən 1906-cı ilə kimi 334 rus, 506 erməni, 66 gürcü, 21 alman, 19 yəhudi, 16 polyak, 4 ingilis, 3 yunan, 3 sarı xaldey, 3 aysori, 1 avstraliyalı və 1 osetin qızı təhsil aldığı halda, burada yerli xalqın cəmi 3 nəfər nümayəndəsi oxuyurdu ki, onlar da dövrünün zadəgan insanlarının övladları idilər. (Xan qızı Ziyadxanova Zərnitac, məmur qızı Həsənbəyova Dilruba, general qızı Novruzova Sayad* Fərrux Əhmədov "Gəncənin tarix yaddaşı"

Gimnazyanı bitirənlər Zərnitac Ziyadxanova Dilruba Həsənbəyova Sayad Novruzova

İstinadlar

Həmçinin bax Kişi gimnaziyası (Gəncə) İrəvan gimnaziyası

Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncədə təhsil Kateqoriya:Gimnaziyalar Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri