Niyazinin ev-muzeyi — SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil muzeyidir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin filialıdır.
Tarixi Niyazinin ev-muzeyi təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. 18 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı oldu. Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaratmışdır. Muzeyin mudiri Bayramov Rza Rafiq oğludur.
Ekspozisiya Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq — ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto-şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.
Niyazi muzeyində hal-hazırda: 120 ədəd Niyazinin not əlyazmaları; 2746 ədəd foto-şəkillər; 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab və notlar; 279 ədəd qramvallar; 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanılmaqdadır.
Qalereya
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Bakı muzeyləri Kateqoriya:Niyazi Kateqoriya:1994-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycandakı bioqrafik muzeylər Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:1994-cü ildə yaradılmış muzeylər Kateqoriya:Azərbaycandakı musiqi muzeyləri