Sahibəz-Zaman məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşir.
Tarixi Buzovna qəsəbəsində 1688-ci ildə inşa olunan bu məscid Abbasqulu ağa Bakıxanovun ana babası Hacı Məlik Məmmədxan Hacı Əmir Məhəmməd oğlu tərəfindən tikilib. Bu məscid də başqa məscidlər kimi, sovetlər dövründə bağlı qalıb. 1991-ci ildən sonra mərhum Axund Hacı Rasimin təşəbbüsü ilə məscid fəaliyyətini yenidən bərpa etmiş və məsciddə bir çox gənc tələbələr yetişdirilmişdir. 2014-cü ildə məsciddə təmir-bərpa işləri aparılmış və bir il sonra tam başa çatdırılmışdır. Hazırda dini tədbirlər bu məsciddə keçirilir.
Məscid "T" hərfi formasında inşa edilib. İç sahəsi 100 m²-dir. Yerden tavanadək olan hündürlüyü 3.77–3.79 metr arası dəyişir. Yerden günbəzədək hündürlüyü isə 7.65 metrdir.
Həmçinin bax Məscid Azərbaycandakı məscidlərin siyahısı Beynəlxalq Məscid Günü
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İslam memarlığı Kateqoriya:Bakı məscidləri Kateqoriya:1688-ci ildə yarananlar Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri