thumb|Prezident Rüstəm Xəmitov IV Dünya Başqırdlar Qurultayında çıxış edərkən (Ufa, 21 noyabr 2015)В Уфе проходит Всемирный курултай башкир . bashinform.ru, 21.11.2015 Dünya Başqırdlar Qurultayı () — başqırdların birliyi; ictimai qurumların etnik və mədəni inkişafını qarşılamaq və problemləri gündəmə gətirmək üçün hazırlanmış beynəlxalq qurumlarla əməkdaşlıq quran bir təşkilat. Baş qərargahı Ufa şəhərində yerləşir.

Bütün qurultaylar İndiyə kimi 4 Qurultay keçirilmişdir.

I Dünya Başqırdlar Qurultayı I Dünya Başqırdlar Qurultayı 1-2 iyun 1995-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 28 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 10 bölmə üzrə keçirilmişdir. Qurultayda Başqırdıstan dövlətçiliyinin gücləndirilməsi və konstitusiya məsələləri, Başqırdıstan və Başqırdıstanın sosial-iqtisadi, siyasi və milli-mədəni inkişafı, respublikanın hüdudlarından kənarda yaşayan başqaları ilə əlaqələr qurmaq və inkişaf etdirmək və sair məsələlər müzakirə olunmuş, beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir.

II Dünya Başqırdlar Qurultayı II Dünya Başqırdlar Qurultayı 14-15 iyun 2002-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 33 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 12 bölmə üzrə keçirilmişdir.

III Dünya Başqırdlar Qurultayı III Dünya Başqırdlar Qurultayı 10-11 iyun 2010-cu ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 35 subyektindən və 18 xarici ölkədən ümumilikdə təxminən 850 nümayəndə iştirak etmişdir. Qurultay 12 bölmə üzrə keçirilmişdir.

IV Dünya Başqırdlar Qurultayı thumb|IV Qurultay IV Dünya Başqırdlar Qurultayı 21 noyabr 2015-ci ildə Ufada keçirilmişdir.

Strukturu Qurultay İcraiyyə Komitəsindən və 9 komissiyadan ibarətdir.

İcraiyyə Komitəsinin sədrləri thumb|Amir İşemqulov IV Qurultayda Niyaz Məcidov (1995—2002) Əhməd Süleymanov (2002—2006) Rumil Aznabayev (2006—2009) Azamat Qalin (2009—2010) İlqiz Sultanmuradov (2010—2011) Marsel Yusupov (2011—2012) Rumil Aznabayev (2012-2015) Amir İşemqulov (2015-ci ildən)На IV Всемирном курултае башкир избрали нового председателя и одобрили проект резолюции . bashinform.ru

İstinadlar

Xarici keçidlər

Официальный сайт МСОО «Всемирный курултай башкир» II Всемирный курултай башкир История всебашкирских курултаев заместитель председателя комитета по обороне Государственной Думы РФ Юрий Савенко, который назвал некоторые выступления на Третьем Всемирном курултае башкир «экстремистскими и националистическими» ИА "Башинформ" отставка Азамата Галина Мажитов Н. А. Курултай — высшая форма башкирского национального общественного движения.// Статья в ж."Ватандаш".

* Kateqoriya:1995-ci ildə yarananlar