Şenyan (çincə: 沈阳市) Çin Xalq Respublikasının Liaonin əyalətinin ən böyük şəhəri. Mancur dilində Mukden və ya Fenqtian adlanır. Şimal-şərqi Çin bölgəsində urbanizasiya səviyyəsinə görə də ən böyük şəhərdir. 2010-cu il hesablamalarına görə, şəhər əhalisinin ümumi sayı 8.1 milyon nəfərdir.

17-ci əsrdə Şenyan şəhərinin mancurlar tərəfindən işğal olunmasından sonra Tzin sülaləsi tərəfindən idarə olunmağa başlamışdır.

Qonşu şəhərlərlə birlikdə Şenyan şəhəri Çinin vacib sənaye mərkəzlərindən biri hesab olunur və ölkənin şimal-şərq qonşuları olan Yaponiya, Rusiya və Koreya ilə nəqliyyat və iqtisadi əlaqələrin saxlanmasında mühüm rol oynayır.

Şəhər 1930-cu ildən etibarən Çində ağır sənaye mərkəzi olaraq qalmaqdadır.

Beynəlxalq əlaqələr

Xarici konsulluqlar Yaponiya, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, Şimali Koreya və ABŞ kimi ölkələrin konsulluqları Şenyan şəhərində yerləşir.

Qardaş şəhərlər Şenyan şəhəri bir çox şəhərlə qardaş şəhər əlaqələri qurmuşdur ki, bu da iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.

Qardaş şəhərlər , Sapporo , Kavasaki , Turin , Çikaqo , Düsseldorf , İrkutsk , Kuezon , Ramat-Qan Cənubi Koreya, Qonqju Cənubi Koreya, Çunçeon Cənubi Koreya, Seonqnam , Yaunde , Hoşimin Cənubi Koreya, Qumi , Saloniki , Ostrava , Katoviçe , Ufa , Novosibirsk Cənubi Koreya, İnçeon , La Plata , Belfast

Həmçinin bax Çin Tzin sülaləsi Xan sülaləsi

İstinadlar

Xarici keçidlər

Shenyang Government website Online Community of Shenyang

Kateqoriya:Çin Kateqoriya:Çin şəhərləri Kateqoriya:Çinin milyon nəfərdən çox əhalisi olan şəhərləri