Tacikistan Respublikasının Dövlət Gerbi Tacikistan SSR-nın dövlət gerbinin modifikasiya olunmuş variantıdır.

Rusiya inqilabı baş verməzdən əvvəl Tacikistanın da daxil olduğu Türküstan ərazisində yalnız bir emblemdən istifadə olunmuşdur. Tacikistan da daxil olmaqla region dövlətlərinin heç birinin özünə məxsus olan dövlət gerbi yox idi.

Ölkədə Sovet hökuməti təsis olunduqdan sonra isə 1992-ci ilə qədər digər bütün Sovet dövlətlərində oxşar olan dövlət gerbi mövcud olmuşdur.

Müstəqil Tacikistanın ilk dövlət gerbi Tacikistanla mədəni əlaqələri olan tarixi Fars dövlətinin də rəmzi olmuş, üzərində "Şir və Günəş" simvolu olan emblem 1992-1993-cü illərdə qəbul edilmişdir. Hazırkı dövlət gerbi isə 1992-ci ilin sonunda hakimiyyətə gələn Emoməli Rəhmonun dövründə qəbul olunmuşdur.

Keçmiş dövlət gerbləri

Həmçinin bax Tacikistan bayrağı Tacikistan himni

İstinadlar

Xarici keçidlər

Heraldicum.ru — Emblems of Tajikistan

Kateqoriya:Tacikistan Kateqoriya:Dövlət gerbləri