Latviyanın kişilərdən ibarət milli basketbol komandası — Latviyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 1932-ci ildən FİBA-nın üzvüdür. Latviya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aynas Baqatskisdir.
Tarixi thumb|right|1935-ci ildə Avropa çempionu olmuş Latviya milli basketbol komandası Basketbol üzrə Latviya yığması ilk dəfə 1924-cü ildə yaradılmış və elə həmin il Estoniya yığma komandası ilə oynamaq üçün Tallinə dəvət olunmuşdur. O zaman komandanın tərkibinə Latviya İdman Cəmiyyətinin nümayəndələri olan Vilis Liberts, Nikolay Muzis, Karlis Plorinş, Alfred Raminş, həmçinin Gənc Xristian İttifaqı komandasının üzvləri olan Valdemar Baumanis, Yanis Birkmanis, Adolf Qrasis, və Bronislav Malinovski dəvət olunmuşlar. Bu oyunda Latviya komandası 20:16 hesabı ilə qalib gəlmişdir. 5 yanvar 1925-ci ildə Latviyada keçirilən oyunda isə Latviya yığması 23:30 hesabı ilə məğlub olmuşdur.
1935-ci ildə yarımfinalda İsveçə 28:19, finalda isə İspaniyaya 24:18 hesabı ilə qalib gələn Latviya yığması basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur.
1936-cı ilin avqustunda Latviyanın basketbol komandası Berlində keçirilən Olimpiya oyunlarında Uruqvay komandası üzərində 20:17 hesabı ilə qələbə qazansa da, Kanada yığmasına 23:34, Polşa yığmasına isə 23:28 hesabı ilə məğlub olmuşdur1936 Latvia Men's Olympic Basketball .
Çıxışların statistikası
Olimpiya oyunları Turnir Mövqe Qələbələr Məğlubiyyətlər !936-cı il yay Olimpiya oyunları. Basketbol 15-18-ci yerlər 1 2
Avropa çempionatları Turnir Mövqe Qələbələr Məğlubiyyətlər 1935-ci il basketbol üzrə Avropa çempionatı Fayl:Med 1.png 1-ci yer 1937-ci il basketbol üzrə Avropa çempionatı 6-cı yer 3 2 1939-cu il basketbol üzrə Avropa çempionatı Fayl:Med 2.png 2-ci yer 5 2 1995-ci il basketbol üzrə Avropa çempionatı Təsnifat qrupunu keçməmişdir - - 1997-ci il basketbol üzrə Avropa çempionatı 16-cı yer 0 5 1999-cu il basketbol üzrə Avropa çempionatı Təsnifat qrupunu keçməmişdir - - 2001-ci il basketbol üzrə Avropa çempionatı 8-ci yer 2 5 2003-cü il basketbol üzrə Avropa çempionatı 13-cü yer 0 3 2005-ci il basketbol üzrə Avropa çempionatı 14-cü yer 0 3 2007-ci il basketbol üzrə Avropa çempionatı 13-cü yer 1 2 2009-cu il basketbol üzrə Avropa çempionatı 13-cü yer 1 2 2011-ci il basketbol üzrə Avropa çempionatı 21-ci yer 0 5 2013-cü il basketbol üzrə Avropa çempionatı 11-ci yer 4 4 2015-ci il basketbol üzrə Avropa çempionatı 8-ci yer 4 5
İstinadlar
Xarici keçidlər Сайт Латвийской федерации баскетбола Профиль на сайте Чемпионата Европы 2009 Профиль на сайте ФИБА Профиль на сайте Чемпионата Европы 2011
Həmçinin bax
Kişilərdən ibarət milli basketbol komandası Basketbol Kateqoriya:Ölkələrinə görə kişilərdən ibarət milli basketbol komandaları