İbrahim İsa oğlu İsmayılov () — 1980–1986-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü.
Həyatı 1921-ci ildə Naxçıvan şəhərində anadan olub. 1942-ci ildə qiyabi Ümumittifaq Ali Hüquq İnstituna daxil olmuş və 1948-ci ildə oranı bitirib.
İbrahim İsmayılov 1939–1941-ci illərdə Naxçıvan MSSR prokurorluğunda işlər idarəsinin katibi, 1943–1948-ci illərdə Naxçıvan MSSR prokurorluğunda prokuror köməkçisi və Muxtar Respublika prokurorunun müavini olub. 1948–1962-ci illərdə Azərbaycan SSR prokurorluğunun sistemində İstintaq şöbəsinin rəisi, Gəncə vilayət prokuroru, Respublika prokuroru, Respublika prokurorunun köməkçisi, Azərbaycan SSR prokurorunun müavini və Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifələrində işləyib.
1962–1980-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Respublika Ədliyyə Nazirliyi məhkəmə orqanları idarəsinin rəisi, Bakı Şəhər Məhkəməsinin sədri vəzifələrində çalışıb. 1980-ci ildən 1986-cı ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləyib. 1987–1989-cu illərdə Dövlət Aqrar-Sənaye birliyində hüquq idarəsinin rəisi olub.
1989–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti işləyib. 1992-ci ildən Azərbaycan Pedaqoji Universitetinin professorudur. Həm də hüquq tədris mərkəzində tədris işləri üzrə direktor müavini işləyib. Hüquq elmləri doktorudur. 1976-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fərmanı ilə "Əməkdar hüquqşünas" fəxri adına layiq görülüb. I və II dərəcəli "Böyük Vətən müharibəsi" və "Xalqlar dostluğu" ordenləri, həmçinin bir çox medallarla təltif olunub.
İstinadlar
Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR prokurorunun müavinləri Kateqoriya:Nərimanov rayonunun prokurorları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları