Başqırdıstan kütləvi informasiya vasitələri — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının kütləvi informasiya vasitələri.

Başqırdıstan Respublikasında başqırd, rus, tatar, çuvaş və mari dillərində qəzet və jurnallar çıxırBAŞQIRDISTAN . ensiklopediya.gov.az .

2007-ci ilin məlumatlarına əsasən “Respublika Başkortostan”, “Başkortostan”, “Kızıl tan”, “Molodyojnaya qazeta”, “Veçernyaya Ufa”, “Ural səsi”, “Çolman” (“Kama”) qəzetləri, “Vətəndaş”, “Ufa”, “Hənək” (satira və yumor), həmçinin uşaq və gənclər üçün “Amanat” və “Akbuzat” jurnalları respublikanın əsas mətbu orqanları idi.

“Başkortostan” dövlət teleradio şirkətinin tərkibində “Radio Başkortostana” radiostansiyası və Başqırdıstan peyk telekanalı fəaliyyət göstərir. “Başinform” dövlət informasiya agentliyi 1994-cü ildə yaradılmışdır.

Həmçinin bax "Başkortostan" qəzeti

Ədəbiyyat Кузбеков Ф. Т. Башкирская журналистика: история и современность. — Уфа: БГУ, 1998.

İstinadlar

Xarici keçidlər