Baxmutino mədəniyyəti — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Xalqların böyük köçü (5–7/8-ci əsrlər) dövrünə aid arxeoloji mədəniyyətBAXMUTİNO MƏDƏNİYYƏTİ . ensiklopediya.gov.az .

Başqırdıstan Respublikasının Baxmutino kəndinin adı ilə adlandırılmışdır.

Ufa çayının aşağı axınından Belaya çayının Kamaya töküldüyü rayonadək yayılmışdır.

İlk dəfə 1911-ci ildə burada dəfn yeri aşkarlanmışdır. 1928-ci ildə A.V. Şmidt tərəfindən Baxmutino qəbiristanlığında, Çandar və digər yaşayış yerlərində aşkar olunmuş materiallar əsasında müəyyənləşdirilmişdir. Mazunin mədəniyyətinin (onu bəzən Baxmutino mədəniyyətinin erkən mərhələsi hesab edirlər, 3–4-cü əsrlər) başqırd variantının və gəlmə əhalinin ənənələri əsasında təşəkkül tapan Baxmutino mədəniyyətinə sonradan Turbaslin mədəniyyəti, Kuşnarenko mədəniyyəti və Şimali Qafqazla əlaqələr də təsir göstərmişdir.

Yarımqazmaları, çoxsaylı təsərrüfat quyuları, o cümlədən taxıl anbarları olan şəhər və kənd yerləri aşkar edilmişdir. Hər nekporolda meyitlərin eyni səmt də dəfn olunduğu torpaq qəbirlər üstünlük təşkil edir. Dəfn mərasimlərində istifadə edilən müxtəlif heyvan fiqurları, dairəvi oturacaqlı və nöqtəvi basmalı keramika, qaşovlar və s. tapılmışdır. Baxmutino mədəniyyəti Perm fin-uqorlarının çöl mədəniyyətiИванов В. А. Путями степных кочевий. Уфа: Башкнижиздат, 1984., həmçinin ehtimal ki, Uralaşırı mədəniyyətlərlə əlaqələrini əks etdirir.

VIII əsrdə Baxmutino mədəniyyətinin daşıyıcıları türk başqırd tayfaları tərəfindən sıxışdırılmış, yaxud assimilyasiyaya uğradılmışlar.

İstinadlar

Ədəbiyyat Башкирская энциклопедия в 7 т. / Гл. ред. М. А. Ильгамов. — Уфа: Научное издательство «Башкирская энциклопедия», 2005. — Т. 1 (А - Б). — 624 с. — 7 000 экз. — ISBN 5-88185-053-X.

Kateqoriya:Başqırdıstan arxeologiyası