Karaidel rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Karaidel kəndidir. Coğrafi yerləşməsi Başqırdıstanın şimalında yerləşir. Ərazisindən Ufa, Ryazan, Kirzya, Bayki, Uryuş şayları axır. Rayonun ərazisi 3 664 km² təşkil edir. Ufa platosunun ərazisində yerləşir. Ərazisinin böyük hissəsində əsasən boz meşə, açıq-boz, qərbində isə qara torpaqlar yaylılmışdır. Ərazisindən kərpiç gili, neft, tikinti daşı, qum çıxarılır. şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.

Tarix Rayon 20 fevral 1932-ci ildə Askin və Baykin rayonlarının ləğv edilməsindən sonra meydana gəlmişdir. 1956-cı ildə Baykibaşev rayonu ləğv edilərən ona birləşdirilir.

31 avqust 1956-cı ildə RSFSR Ali Sovetinin Prezidium qərarı ilə Baykibaşev rayonunun mərkəzi Karaidel rayonu elan edilir. Bundan sonra rayon buna müvafiq olaraq Karaidel adlanmağa başlanılır. Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Karaidel rayonu ərazisin milli tərkibi: başqırdlar — 47 %, tatarlar — 26,9 %, ruslar — 19,8 %, marilər — 5,4 %, digər millər — 0,9 %.

İnzibati-ətazi vahidləri

Rayonda 17 kənd inzivati vahidliyinə 99 yaşayış məntəqəsi daxildir

İqtisadiyyat Karaidel rayonu əsasən meşə-aqrar rayondur. 119,7 min ha ərazisi (rayonun 35,6 % ərazisi) meşə təsərrüfatının, 76,2 min ha əkin sahələrinin, 23,5 min ha otlaq sahələrinin payına düşür. Kənd təsərrüfatının əsas istiqamətləri: Taxılçılıq, kartofçuluq, ətlik-südlük istiqamətli heyvandarlıq, donuzçuluq. Ərazisindən Birsk — Mesyaqutovo — Satka avtomobil yolu keçir.

Sosial sfera Rayon ərazisində 65 ümumtəhsil mərkəzi, 23 orta məktəb; musiqi məktəbi və peşəkar uçiliş, 38 kütləvi kitabxana, 63 klub, 1 rayon və 7 kənd xəstəxanası fəaliyyət göstərir. Burada «Karaidel» adlı qəzet buraxılır. Tanınmış şəxsləri Vladimir Rəşidoviç Alimov — Rusiya Milli Qəhrəmanı. Vasili Semyonoviç Dulsev — Sosialist Əməyi Qəhrəmanı. Pyotr Qeorqieviç Korokin — Sovet İttifaqı Qəhrəmanı. Marat Parisoviç Mirqazyamov — Başqırdıstan Respublikası Baş Naziri. Nikolay Kiriloviç Romanov — Sovet İttifaqı Qəhrəmanı. Sergey Pavloviç Çerepaxin — Sovet İttifaqı Qəhrəmanı.

Mənbə Alışeevski rayonu administrasiyası

İstinadlar

Kateqoriya:Karaidel rayonu Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1932-ci ildə yaranmış dövlətlər və ərazilər