Elmar Məhərrəmov (doğ. 10 aprel 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri.

Şahmat üzrə sonuncu SSRİ çempionatında (Moskva, 1991) Artaşes Minasyanla 1-2-ci yerləri bölüşdürmüş, lakin əlavə göstəricilərə görə ikinci olmuşdur.

1984-cü ildə Karpovla şahmat üzrə dünya birinciliyi uğrunda matçda Harri Kasparovun sekundantlarından biri olub. Qadınlar arasında 1991-ci il dünya çempionatında Maya Çiburdanidzeyə, 1993-cü il dünya çempionatında isə Nana İoselianiyə köməklik edib.

1992-ci ildə Sankt-Peterburq komandasının heyətində şahmat üzrə komandalararası Rusiya çempionu olub.

Son illər BƏƏ-də məşqçi işləyir. Evlidir, iki oğlu var.

Macarıstanlı beynəlxalq usta Tibor Karoyinin "Arxa plandakı dahi" () adlı kitabının doqquzuncu fəsli Elmar Məhərrəmova həsr olunub.

İstinadlar

Xarici keçidlər FIDE Chess profili Elmar Magerramov. Chess-DB.com Elmar Magerramov. Chessgames.com Elmar Magerramov. 365Chess.com

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:SSRİ şahmatçıları