Dövləkən rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Dövləkən şəhəridir.
Coğrafi yerləşməsi Başqırdıstanın cənub-qərbində yerləşir. Rayonun ərazisi 1 907 km² təşkil edir. İqlimi mülayim-kontinental, isti və quraqdır. Ərazisindən Dim, Kiçik Üydürək, Ürşək çayları axır. Burada Asılıkul gölü yerləşir. Torpaq örtüyü əsasən qaradır. Güclü küləklərə məruz qalır. Ərazisindən neft, gil, qum, qum-çınqıl qarışı çıxarılır. Rayonun ən gözəl və görməli yerlərindən biri Asılıkuldur. Başqırdıstanın mirvarisi hesab edilir. 1993-cü ildə milli park statusu almışdır.
Tarix Aurqazin rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Davlekanovski rayonu ərazisinin milli tərkibi: başqırdlar — 36,3 %, ruslar — 36,1 %, tatarlar — 17,5 %, çuvaşlar — 3,4 %, ukraynalılar — 3,3 %, digər millər — 3,4 %.
İnzibati-ətazi vahidləri Rayonda 16 kənd inzivati vahidliyinə 92 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat Aqrar-sənaye rayonudur. Dövləkəndə yeyinti və yüngül sənaye sahələri inkişaf etmişdir. Burada dəmir-beton məmulatları hazırlanır və kənd təsərrüfatı texnikası təmir edilir. Dövləkən süd və kərpiç zavodları fəaliyyət göstərir. Ətlik-südlük istiqamətli maldarlıq, qoyunçuluq və donuzçuluq inkişaf etmişdir. 162,4 min ha ərazi (rayonun 85,2 % ərazisi) kənd təsərrüfatına cəlb edilmişdir. Bunun 34,6 min hektarı otlaq sahəsidir. Meşələr rayonun 5,2 % ərazisini tutur.
Nəqliyyat Rayon ərazisindən Çelyabinsk — Moskva və regional Şişmə — Qırğız-Meyəkə və Büzdək— Tolbazı avtomagistralı keçir.
Sosial sfera Rayon ərazisində 52 ümumtəhsil mərkəzi, 14 orta məktəb, Davlekanovo peçəkar uçilişi, 28 kütləvi kitabxana, 52 klub, mərkəzi rayon xəstəxanası fəaliyyət göstərir. Burada rus və başqırd dillərində «Asılıkul» — «Balkantau» qəzetləri buraxılır.
Mənbə Rayon administrasiyası Совет Муниципального района Давлекановский район Республики Башкортостан Давлекановская центральная районная больница İstinadlar
Kateqoriya:Davlekanovski rayonu Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər