Duvan rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mesyaqutovo kəndidir. Ufa şəhəhərindən 233 km məsafədə yerləşir.

Coğrafi yerləşməsi Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 3243 km² təşkil edir. Rayonun qərb və mərkəzi hissəsini Ufa platosu tutur. Burada hündürlük 517 metrə çatır. Ətəklər iynəyarpaqlı meşələrlə örtülüdür. Rayonun şərq hissəsində isə ağcaqayın meşələri yayılmışdır. İqlimi müelayim kontinental və sərindir. Yanvar ayının orta temperaturu −15,5 °C, iyul ayının isə: +17,7 °C təşkil edir. İl ərazində əraziyə 437 mm yağıntı düşür. Kənd təsərrüfatına daxil olan torpaqlar qara və tünd boz meşə torpaqlarıdır. Təbii ehtiyatları: təbii qaz, tikinti daşı, kirəçdaşı, kərpic xammalı, qum və çınqıl qarışığı və qum, agro-filiz.

Tarix Duvan rayonu 30 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayon mərkəzi Duvan kəndi olmuşdur.

Əhali Ümum-Rusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Duvan rayonu ərazisin milli tərkibi: ruslar — 63,9 %, başqırdlar — 20,4 %, tatarlar — 12,8 %, mordvalılarМордовское население в Башкортостане. ФЕДЕРАЛЬНОЕ ГОСУДАРСТВЕННОЕ БЮДЖЕТНОЕ УЧРЕЖДЕНИЕ НАУКИ ИНСТИТУТ ЭТНОЛОГИЧЕСКИХ ИССЛЕДОВАНИЙ ИМ. Р. Г. КУЗЕЕВА УФИМСКОГО НАУЧНОГО ЦЕНТРА РОССИЙСКОЙ АКАДЕМИИ НАУК , digər millər — 1,1 %.

İnzibati-ətazi vahidləri 13 kənd inzibati vahidliyinə 47 yaşayış məntəqəsi daxildir

İqtisadiyyat Rayon əsasən maldarlıq-taxılşılıq üzrə ixtisaslaşmışdır. Ərazisinin 125,5 min ha (rayon ərazisinin 38,6 %) kənd təsərrüfatına cəlb olunmuşdur. 23,6 min ərazi otlaq sahələridir. Kənd təsərrüfatının iri buynuzlu maldarlıq, donuzçuluq, kartofçuluq sahələri inkişaf etmişdir. Ərazisinin 188,3 min hektarını (rayon ərazisinin 58 %) meşə sahələri tutur. Oduncaq ehtiyatı 25,9 mln.m³-dir.

Nəqliyyat Ərazisindən Mesyaqutovo — Satka avtomagistralı keçir. Mesyaqutovo kəndini Krasnoufa, Ufa ilə isə Maloyaz kəndi ilə birləşdirən yol vardır.

Sosial sfera Rayon ərazisində 21 ümumtəhsil mərkəzi, 13 orta məktəb, Duvan Çoxşaxəli Kolleci, Mezyagutov Pedaqoji Kolleci, Yaroslavka kəndində Duvan çoxşaxəlir kollecinin şöbəsi, 23 kütləvi kitabxana, 30 klub, mərkəzi və 3 xəstəxana fəaliyyət göstərir. Burada rus dilində "Duvan xəbərləri" qəzet buraxılır.

Tanınmış şəxsləri Əhməd Fazıloviç Yerikeyev — tatar şairi

Mənbə Duvan rayonu administrasiyası

İstinadlar

Kateqoriya:Duvan rayonu Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər