İleş rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Verneyarkevo kəndidir. Coğrafi yerləşməsi Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1 985 km² təşkil edir. Ərazisindən Ağidel Syun və Baza çayları axır. Əsasən boz meşə və qara torpaqlar yayılmışdır. İqlimi mülayim, isti və bir az quraqdır. Ərazisinin 15,4 % meşələr tutur. Rayon ərazisindən neft, gil və qum-çınqıl qarışığı çıxır.

Tarix İleş rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir.

Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası İleş rayonu ərazisin milli tərkibi: başqırdlar — 78,8 %, tatarlar — 15,3 %, marilər — 2,6 %, ruslar — 1,9 %, digər millər — 1,4 %. Siyahıya alınmağa görə əhalinin milli tərkibiНаселение Башкортостана: XIX—XXI века: статистический сборник/ Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан.- Уфа: Китап, 2008.- 448 с.:ил.: İLBaşqırdlartatarlar197071 %21 %197979 %13 %198963 %30 %200280,5 %13,7 %201078,8 %15,3 % İnzibati-ətazi vahidləri

22 kənd inzivati vahidliyinə 87 yaşayış məntəqəsi daxildir İqtisadiyyat İleş rayonu əsasən aqrar rayondur. Ərazisinin 141,7 min ha kənd təsərrüfatına cəlb olunmuşdur (rayon ərazisinin 71,5 %). 29,7 min ərazi otlaq sahələridir. Kənd təsərrüfatının taxılçılıq, ətlik-südlük maldarlıq və donuzçuluq sahələri inkişaf etmişdir. Ərazisindən M-7 "Volqa" və Neftekamsk — Tuymazı mağıstralı keçir. Sosial sfera Rayon ərazisində 72 ümumtəhsil mərkəzi, 25 orta məktəb, 35 kütləvi kitabxana, 69 klub, mərkəzi rayon və 3 digər xəstəxana fəaliyyət göstərir. Burada əsasən tatar dilində «Mayak» qəzeti və onun rus və başqırd dillərində dublyajı buraxılır. Tanınmış şəxsləri Musa Qareyev — iki dəfə Sovet İttifaqı Qəhrəmanı. Ənvər Abdillin — Sovet İttifaqı Qəhrəmanı. Robert Munnullin — Tatarıstan xalq şairi, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət Xadimi. Rinat Xayri — Başqırd şair və yazıçı. İldus Timerxanov — uşaq yazıçısı. Sufiyan Povarisov — Başqırdıstanın xalq yazıçısı, filologiya elmləri doktoru, Başqırdıq Dövlət Universitetinin professoru

Mənbə İleş rayonu administrasiyası

İstinadlar

Kateqoriya:İleş rayonu Kateqoriya:Başqırdıstan rayonları