Mari Fransua Ksavye Bişa (; ) — fransız həkimi, anatomu, fizioloqu; patoloji anatomiya və histologiyanın banilərindən biri.
Fəaliyyəti Tibb elmini Lionda və Parisdə öyrənmişdir. 1800-cü il dən Parisin "Hotel-Dieu" xəstəxanasında işləmişdir. İnsan bədəninin toxu maları haqqında ümumi anatomiya adlanan təlimi yaratmış və buna görə də fizioloji təbabətin banisi sayılır. Toxumaları həyatın əsas struktur və fizioloji vahidləri – bütün həyati (o cümlədən xəstələnmə) proseslərin daşıyıcıları hesab edirdi. Tibb elminə "toxuma" və "sistem" terminlərini daxil etmişdir. Dərkedilməz və canlını cansızdan fərqləndirən "həyat gücü"nün mövcudluğunu qəbul etmişdir.
Həmçinin bax Lui Paster Lui-Ferdinand Selin
İstinadlar
Xarici keçidlər Mari Fransua Ksavye Bişanın əsərləri
Kateqoriya:Fransa həkimləri Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Eyfel qülləsində adı yazılmış şəxslər Kateqoriya:Fransa bioloqları