Olqa Vaşçuk (d. 13 avqust 1987) — Ukrayna əsilli Türkiyəni təmsil edən həndbolçu. Olqa Vaşçuk, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Karyerası Olqa Vaşçuk, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

İstinadlar

Kateqoriya:Türkiyə həndbolçuları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında həndbolçular Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazananlar