Villem Davnis Luis Didiye Gebbels () — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu.

Klub karyerası

Lyon Gebbels Lion akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lion klubu ilə 23 sentyabr 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Lukas Tousarı əvəz etmişdir. Həmin görüşdə Lion Liqa 1 görüşündə Dijon ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. 16 yaş, bir ay və yeddi günlüyündə meydana çıxan Villem Gebbels 21-ci əsrdə anadan olanlar arasında Liqa 1-də oyuna çıxan ilk futbolçu və oyuna çıxan ən gənc 5-ci futbolçu kimi tarixə düşmüşdür. Gebbels 7 dekabr 2017-ci ildə Avropa Liqasında Atalanta klubuna qarşı oyunda iştirak etmiş və 45+1' dəqiqədə Maksvel Korneti əvəzləmişdir. 16 yaş, üç ay və iyirmi bir günlüyündə meydana çıxan Gebbels 21-ci əsrdə anadan olanlar arasında Avropa Liqasında oyuna çıxan ilk futbolçu və oyuna çıxan ən gənc 2-ci futbolçu kimi tarixə düşmüşdür.

Monako 19 iyun 2018-ci ildə Gebbels Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə 20 milyon avro qarşılığında müqavilə imzalamışdır.

Milli karyerası Gebbels Fransada anadan olmuşdur. Onun atası Niderland, anası isə Mərkəzi Afrika Respublikası vətəndaşıdır. Onun əmiləri Amos Yuqa və Kelli Yuqa pəşəkar futbolçulardır. Amos Yuqa hal-hazırda Fransanın Le Havr klubunda və Mərkəzi Afrika Respublikası millisində çıxış edir.

Karyera statistikası

Klub

KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolLyon2017–18Liqa 120001010—40Ümumi karyera200010100040

İstinadlar

Xarici keçidlər France profile at FFF OL profile LFP Profile

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Nant FK futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları