Tofiq Məmmədəli oğlu Ağababayev () — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008).
Həyatı Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub (1946–51). Rəssam 1953–59-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V. Muxina adına Ali Bədii-Sənaye rəssamlıq məktəbi) keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib.
20 dekabr 2024-cü ildə vəfat edib.
Yaradıcılığı Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb ("Zorxana" və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda "Bahar" mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. dekorativ əsərləri diqqəti cəlb edir.
Yağlı boya ilə işlənmiş portretləri: "Tələbə qız" (1972); "Akademik Z. Bünyadov" (1978); "Akademik İ. Orucova" (1978); "Şah İsmayıl" (1988–1989); "Ü. Hacıbəyov" (1992). 1966–1968-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. Bakı Sovetinin üzərində gerbin bərpası, Bakının simvolik açarının düzəldiməsi Tofiq Ağababayevin adı ilə bağlıdır. Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri rəssama məxsusdur.
Son illər rəssam rəngkarlıqla çox ciddi məşğuldur. Belə əsərlərdən "Ümid rəngləri", "Sözsüz", "Yaz mahnısı", "Şərq motivi", "Yaz nəfəsi"nin adlarını çəkmək olar. Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanada və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır.Tofiq Ağababayev:"Bakının açarı Brejnevdə getdi"
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" — 4 mart 1992 Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 29 dekabr 2006 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 17 iyun 2008 "Şöhrət" ordeni — 12 sentyabr 2023
İstinadlar
Xarici keçidlər Sənətin izi ilə… Tofiq Ağababayev: "Əvvəllər qonşum Səttar Bəhlulzadə idi, indi kimdir tanımıram" Tofiq Ağababayev: "Rəssam gərək iki ömür yaşasın" Xalq rəssamı Tofiq Ağababayevin bədii sərgisi keçiriləcək TOFİQ AĞABABAYEV — — AzPRESS.az
Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları