Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; ) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı .
Həyatı Vasil Vladimiroviç Bıkov 1924-cü il iyun ayının 19-da Belarusiyanın Vitebsk vilayətinin, Uşaçi rayonunun, Bıçki kəndində anadan olmuşdur. 1939-40-cı illərdə Vitebsk rəssamlıq məktəbində oxumuşdur. 1942-ci ildə orduya çağırılmış, Saratov piyada qoşun məktəbini bitirmişdir. 1943-cü ildən cəbhədə vuruşmuşdur. 1955-ci ildə ordudan tərxis edilmişdir. Qrodnoda yaşamış, yerli mətbuatda işləmişdir. 1970-ci illərin sonlarından isə Minskdə yaşamışdır. 1980-ci illərin ortaları – 90-cı illərin əvvəllərində Belarus demokratik hərəkatının fəal xadimlərindən olmuşdur. 1990-cı illərin 2-ci yarısından Avropada yaşamış, ölümündən bir az əvvəl vətəninə dönmüşdür. 2003-cü il iyunun 22-də Minskdə vəfat etmişdir.
Yaradıcılığı Vasil Bıkov belarus və rus dillərində yazmışdır. Əsərləri 1947-ci ildən çap edilmişdir. Bıkovun yaradıcılığının əsasını təşkil edən müharibə mövzusu ilk dəfə “Birinci döyüşdə” (1949) hekayəsində əksini tapmışdır. Vətənin gənc müdafiəçiləri haqqında “Durna harayı” (1960) povest-rekviyemində, “Xəyanət” (1961), “Üçüncü raket” (1962; 1963-cü ildə ekranlaşdırılmışdır) povestlərində hadisələr sırf subyektiv şərh edilir, zaman və məkan sıxılır, etik problemlər, mürəkkəb insani münasibətlər isə ön plana çəkilir. “Alp balladası” (1964; 1966-cı ildə ekranlaşdırılmışdır; Y.A .Qlebovun musiqisi əsasında balet, 1967), “Ölülər ağrımır” (jurnal variantı 1965; əlahiddə nəşri 1982), “Lənətlənmiş yüksəklik” (1968), “Kruq Briyansk körpüsü” (1969), “Dan yeri ağaranadək yaşamalı” (1973; 1975-ci ildə ekranlaşdırılmışdır), “Obelisk” (1973; 1977-ci ildə ekranlaşdırılmışdır), “Getmək və geri dönməmək” (1978), “Fəlakət nişanəsi” (1982; 1985-ci ildə ekranlaşdırılmışdır) povestlərini yazmışdır.
Bıkovun “Basqın” (1989), “Sazaq” (1991) povestlərində, “Sarı qum” (1995) hekayəsində Stalin repressiyaları mövzusu üstünlük təşkil edir. “Karyer” (1986) romanının, “Canavar sürüsü” (1975; 1976-cı ildə ekranlaşdırılmışdır), “Onun batalyonu” (1976), “Sotnikov” (1970; 1977-ci ildə ekranlaşdırılmışdır), “Sev məni, əsgər” (1996) povestlərinin, “Evə aparan uzun yol” (2003) avtobioqrafik əsərinin, Belarus xalqının tarixinə və müasir taleyinə həsr olunmuş çıxışlar, məqalələr və müsahibələlərdən ibarət “Çarmıxda” (1992) kitabının müəllifidir. Bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.
Xarici keçidlər Vasil Bykaŭ, 79, Belarusian Novelist Vasil Bykov Vasil Bykov on the Official Website of the Republic of Belarus
İstinadlar
Kateqoriya:Belarus yazıçıları Kateqoriya:"Lenin" mükafatı laureatları Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:SSRİ xalq deputatları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:SSRİ baş leytenantları Kateqoriya:SSRİ mayorları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları