Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər) - XIII-XIV əsrlərdə Qafqazda cərəyan edən siyasi hadisələrdə Azərbaycanın ən mühüm strateji əhəmiyyətli mərkəzlərindən biri. Şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam. İki monqol ulusu arasında sərhəd məntəqəsi.
Dərbəndin strateji və coğrafi mövqeyi alt=Dəmirqapı Dərbənd|thumb|527x527px|Dəmirqapı Dərbənd Azərbaycanın Dərbənd şəhərinin yerləşdiyi coğrafi ərazi, strateji mövqe-bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olub. Əbəs yerə şəhər "Dərbənd", yəni "Bağlı qapı", həmçinin "Dəmir qapı", "Bab əl-əbvab" və s. adlandırılmır. Tarixən olduğu kimi, Dərbənd XIII-XIV əsrlərdə də şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam idi. Bir çoxları şəhərin möhkəmliyini, alınmaz olduğunu bilərək, ondan yan ötməyi daha üstün tutmuşlar.Piriyev V. Dərbəndin XIII-XIV əsrlərdəki tarixi-siyasi coğrafiyasından//AMEA Tarix İnstitutu. Elmi əsərlər, 2007, cild 19, s.18
Əlverişli strateji mövqeyə malik Dərbəndin XIII-XIV əsrlərdə, başqa sözlə monqol ağalığı dövründə Monqol imperiyasının hansı ulusuna - Cuçi və Tuli nəslinə, yəni qızılordalılara və ya hülakulara məxsus olduğu tarixi ədəbiyyatda müəyyən fikir ayrılığına səbəb olmuşdur. Bunun əsas səbəbi şəhərin iki monqol ulusu arasında sərhəd məntəqəsi təşkil etməsidir. Odur ki, şəhər daima uluslar arasında gedən müharibələrin meydanına çevrilmiş, əldən-ələ keçmiş və tədqiqatçılar arasındakı fikir ayrılığı da bundan meydana gəlmişdir.
İki monqol ulusu arasında sərhəd məntəqəsi
Tədqiqatlarda "Dərbəndə kimi" probleminin qoyuluşu left|thumb|412x412px| Azərbaycan XIII-XIV əsrlərdə Tədqiqatçıların bir qismi şəhərin qızıl ordalılara, digərləri Hülakulara aid olduğunu yazırlarsa, bəzisi bu məsələ ilə əlaqədə qəti mövqe tuta bilmir. Dövrə aid ilk mənbələrdə bu məsələ ilə əlaqədar müxtəlif faktlara təsadüf olunur. Belə ki, monqol dövlətlərinin sərhədlərindən, hüdudlarından bəhs edən bəzi müəlliflər sərhəddin "Dərbəndə qədər" uzandığını bildirirlər və dəqiq məlum olmur ki, Dərbənd özü həmin ulusun - dövlətin tərkibindədir ya yox. Məsələn, Həmdullah Qəzvini Şirvan ərazisində Kür çayından "Dərbəndə kimi" olduğunu xəbər verir.Yaqut əl-Həməvi. Mucəm əl-Buldan. Həmdullah Qəzvini. Nüzhət əl-Qulub. Bakı: Elm, 1983 (rusca), s. 54 Belə hallar tarixi ədəbiyyatda da təsadüf olunur. A.Yakubovski Qızıl Orda ulusunun təşəkkülü tarixindən bəhs edərkən Dəşt-i Qıpçaq, Bulqar, Krım və "Dərbəndə kimi Qafqazın" ("Кавказ до Дербента"Греков Б. и Якубовский А. Золотая Орда. Л.: 1937, s. 43) qızılordalıların əlinə keçdiyini yazır. Müəllif daha sonra Cuçi ulusunun dəqiq sərhədlərini müəyyənləşdirməyin çətin olduğunu vurğulayaraq, bu dövlətin tərkibinə "Dərbəndə kimi Qafqazın" (bəzən isə "Bakıya kimi") da daxil olduğunu bildirirГреков Б. и Якубовский А. Золотая Орда. Л.: 1937, s. 44. Akademik V.V.Bartold göstərir ki, monqol ağalığı dövründə Dərbənd bəzən Şirvanşahlara tabe olmuş, bəzən isə öz müstəqil hakimləri tərəfindən idarə olunmuşdur. Burada hülakularla qızılordalıların təsiri vaxtaşırı dəyişilmişdir. Teymur isə Dərbəndi, öz imperiyasının şimal sərhəd məntəqəsi kimi möhkəmləndirmiş və şəhəri şirvanşah İbrahimin sərəncamına vermişdir.Бартольд В.В. Сочинения. Том V. М. 1968, с.426 V.V.Bartold başqa əsərində bu barədə daha konkret fikir yürüdərək yazır: "Görünür, monqollar dövrndə Dərbənd İran Elxanilərindən daha çox Qızıl Orda xanlarına məxsus olmuşdur".Бартольд В.В. Сочинения. Том V. М. 1968, с.372 Akademik Ə.Ə.Əlizadə bildirir ki, Dərbənd Qızıl Orda dövlətinin sərhəd məntəqəsi olmaqla yanaşı, XIV əsrin sonu-XV əsrin əvvəllərində şirvanşahlara tabe olmuşdur.Али-заде А.А. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. Баку, 1956, с. 397 A.R.Şıxsəidov Dərbəndin 1249-cu ildə Qızıl Ordanın təsirinə düşdüyünü, 1256-cı ildən XIV əsrin ortalarına kimi hülakuların hakimiyyəti altında olduğunu, Şeyx İbrahimin dövründə isə inkişaf edərək, Şamaxı ilə birlikdə, Şirvanın mərkəzi şəhərinə çevrildiyini xəbər verir.Шихсаидов А.Р. Дагестан в X-XIV вв. Махачкала, 1975, с.10 Dərbəndin hansı monqol ulusuna məxsus olması məsələsi V.L.Yeqorovun Qızıl Ordanın XIII-XIV əsrlərdəki tarixi-coğrafiyasına həsr olunmuş əsərində Егоров В.Л. Историческая география Золотой Орды в XIII-XIV вв. М.: Наука, 1985, 246 с. daha qabarıq nəzərə çatdırılır. Müəllifin gəldiyi ümumi qənaət isə Dərbəndin həmin dövrdə qeyd-şərtsiz Qızıl Ordaya, dolayısı ilə Rusiyaya məxsus olması fikrinin "təsdiqlənməsi"dir. Onun kitabının bir çox səhifələrində bu fikir aşılanır və əsərə daxil olunmuş xəritələrin hər ikisində Qızıl Ordanın cənub sərhəddi, Dərbənddən cənubda göstərilir. Ümumiyyətlə, müəllif Azərbaycan barədə həqiqətə uyğun olmayan fikirlər irəli sürür Егоров В.Л. Историческая география Золотой Орды в XIII-XIV вв., с. 195, 199 и т.д. və hər vasitə ilə Dərbəndin və hətta Kürdən şimalda olan ərazilərin Azərbaycana daxil olmadığını sübuta çalışır. Nəzərə almaq lazımdır ki, V.L.Yeqorov ilk növbədə V.Q.Tizenqauzenin (1825-1902) Qızıl Orda tarixinə dair topladığı materiallardan əsasən ərəb müəllifi Əl-Umarinin (XIV əsr) topluya daxil edilmiş məlumatından bəhrələnmişdir. Əl-Umarinin məlumatında isə. Dərbəndin Qızıl Orda şəhərləri sırasında sadalanmış faktında başqaЕгоров В.Л. Историческая география Золотой Орды в XIII-XIV вв., с. 29, xüsusi konkretlik nəzərə çarpmır və o, da digər müəlliflər kimi, dövlətin sərhədlərinin "Dərbəndə kimi" uzandığını qeyd edir.
Mənbələrdə "Dərbəndə kimi" probleminin qoyuluşu Maraqlı mənzərə yaranır: Hülakular ulusunun ərazisindən eləcə də, Qızıl Orda ulusunun ərazisindən bəhs edən müəlliflər sərhədlərin "Dərbəndə kimi" olduğunu yazırlar. Bəs, Dərbəndin özü hansı dövlətin ərazisinə daxil idi? İlk mənbələrin məlumatında bu cəhət çox da aydın nəzərə çarpmır. Bununla yanaşı, ilk mənbələrdə şəhərin hansı ulusa məxsus olduğunu müəyyənlədirməyə imkan verən faktlara da təsadüf olunur. Həmin faktlara nəzər yetirək: Zəkəriyyə əl-Qəzvini 1203-1283 "Bakı Dərbənd mahalında şəhərdir"Буниятов Дж. З. Материалы из сочинений Закарийи ал-Казвини об Азербайджане. - Известия АН Азерб. ССР, СИФП, 1976, №3, с. 54, deyə qeyd edir. Əbu Bəkr əl-Əhəri isə (1328)-ci ildə yazırdı ki, "Sultan Əbu Səid nisbətən müstəqilləşdikdə Dərbəndi Əkənciyə verdi.Əbu Bəkr əl-Qütbi əl-Əhəri. Tarix-e Şeyx Üveys. Bakı: Elm, 1984, s.33. - Ərəb filoloqu, coğrafiyaşünası, tarixçisi Yaqut əl-Həməvi (1179-1229) 1224-cü ildə tamamladığı "Mücəm əl-buldan" ("Ölkələrin əlifba sırası ilə siyahısı") əsərində yazırdı:
Digər ərəb coğrafiyaşünas və tarixçilərin əsərində isə Dərbəndlə bağlı belə məlumat verilirdi:
Dərbəndin Hülakulara və ya Qızıl Ordaya məxsus olduğunu müəyyənləşdirməyə imkan verən faktlardan biri, 1335-ci ildə tərəflər arasında baş vermiş müharibə ilə əlaqədar şərh olunan məlumat diqqəti daha çox cəlb edir. Həmdullah Qəzvini yazır ki, Özbəyin qoşunundan bir dəstə Kür çayı sahilində "güclü hücumaməruz qaldığından dağılmağa başladı və bütün əmlakını və sursatını təcili atıb qaçdı... Onlar bacardıqları kimi özlərini Dərbəndə çatdırdılar və oradan öz ölkələrinə getdilər və dedilər: Biz böyük əziyyət çəkdik"Həmdullah Mustovfi Qəzvini. Zeyl-e tarix-e qozide. Bakı: elm, 1986, s. 18-19). Hafiz Əbru isə bu hadisə ilə bağlı məlumatını bildirir ki, həmin dəstə "bacardıqları kimi özlərini Dərbəndin o tərəfinə atdılar və öz mülklərinə gedib dedilər..."Hafiz Əbru. Zeyl-e came ət-təvarix-e Rəşidi. Tehran, 1350 h.q., s. 192. hər iki müəllifin məlumatında "be mülk-e xod saxte" ibarəsi işlənilmişdir. Məsələ bundadır ki, bu ibarənin mənası tədqiqatçılar tərəfindən müxtəlif şəkildə izah olunmur: V.Q.Tizenqauzen onu "öz səltənətinə qane olaraq" kimi tərcümə edirСборник материалов относящихся к истории Золотой Орды. Том 1, СПб. 1884, Том II, М.-Л.., 1941, с. 93. Bəziləri onu saxta məlikə" kimi tərcümə etməyi düzgün hesab edir. Əslində həmin ibarənin məhz "öz mülklərinə gedib" kimi tərcüməsi daha doğru və həmin dövrdə cərəyan edən hadisələrin bacardıqları kimi özlərini Dərbəndə çatdırıb, oradan öz ölkələrinə, Hafiz Əbrunun aydın şəkildə yazdığı kimi, "Dərbəndin o tərəfinə atmışlar". Bura isə onların "öz mülkləri"dir.
İlk mənbələrdən əxz olunmuş faktları xronoloji ardıcıllıqla ümumiləşdirsək aşağıdakı mənzərənin şahidi olarıq: XIII əsrin əvvəlləri - Dərbəndin yaxınlığındakı Qurd dağı üzərində tonqal qalayıb, türk-oğuz adətinə uyğun, Azərbaycan və Arran əhalisini qəfil düşmən hücumundan xəbərdar edirlər. Bu dövrdə Şamaxı Dərbənd əyalətinə daxildir və onların hakimləri qardaşdırlar; 1222-ci ildə Dərbənd padşahı Şirvanşahdır; 1265-ci ildə Hülaku şahzadəsi Juşumut Dərbənd, Şirvan və Muğana göndərilir ki, özünə məxsus olan bu yerləri düşməndən (məhz qızılordalılardan) qorusun; 1275-ci ildə Bakı Dərbənd mahalına daxil olan şəhərdir; XIII əsrin sonu - Rəşidəddinin yazdığına görə Şirvanşahlar onun dövründə Dərbənd və Şabranın hökmdarıdırlar; 1328-ci ildə Sultan Əbu Səid Dərbəndi öz əmiri Əkənciyə tapşırır; 1335-ci il: - Özbəyin qoşunu məğlub olaraq qaçır. Çətinliklə Dərbəndə çatır və mənbənin yazdığı kimi, Dərbənddən öz ölkəsinə gedir; 1367-ci il: - Teymurun qoşunu Toxtamışı izləyərək Dərbəndin o tərəfinə qovur və bəlli olduğu kimi, Teymurun dövründə Dərbəndin müdafiəsi Şirvanşah I Şeyx İbrahimə tapşırılır. Dərbəndin XIII-XIV əsrlərdə Azərbaycanla bağlılığını nəzərə çatdıran digər faktlar da mövcuddur. Məsələn, dövrün mənbələrində Dərbənd əksər hallarda, "Şirvan Dərbəndi" ("Dərbənd-e Şirvan"), "Bakı Dərbəndi" (Dərbənd-e Baku"Şərəfəddin Əli Yəzdi. Zəfərnamə-Daşkənd: 1972, s.241a, 283b, 284a) adlandırılır. Tək-tək hallarda "Xəzər Dərbəndi", "Dəmir qapı Dərbəndi", "Qıpçaq Dərbəndi"Şərəfəddin Əli Yəzdi. Zəfərnamə-Daşkənd: 1972, v. 71b adlarına rast gəlinsə də, "Qızıl Orda Dərbəndi" adına təsadüf olunmur.
Bütün sadalanan faktlar belə qənaətə gəlməyə əsas verir ki, Dərbəndin XIII-XIV əsrlərdə heç də bəzilərinin qeyd etdikləri kimi, əksər vaxtlarda qızılordalılara məxsus olmamış, əksinə, tək-tək hallarda istisna olmaqla, Şirvanın, deməli Azərbaycanın tərkibində olmuşdur. Qızıl Orda xanlarının yürüşləri dövründə şəhər müvəqqəti tutulsa da, tezliklə azad olunmuş (məsələn, 1265-ci ildə) və yenidən Şirvana qatılmışdır.
Həmçinin bax Dərbənd Dərbənd tarixi Dərbənd əmirliyi
Xarici keçidlər Dərbənd şəhərinin rəsmi saytı (rusca) Izzəddin ibn Əl-Əsir. Əl-Kamil Fi-T-Tarix (Mükəmməl tarix) Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə" əsəri Е.И.Козубский. История города Дербент. Темирхан-Шура. 1906
İstinadlar
Kateqoriya:Dərbənd Kateqoriya:Dərbənd coğrafiyası Kateqoriya:Dərbənd tarixi