İspaniya Televiziyası () və ya qısaca TVE — İspaniya hökümətinin tabeliyində yaradılan, İspaniyanın milli televiziya şəbəkəsi. TVE 28 oktyabr 1956 tarixində münzətəm verilişlərə başlamışdır. Televiziya şəbəkə şirkəti Avropa Yayım İttifaqının aktiv üzvüdür.
TVE İspaniya Radio və Televiziya Korporasiyasına məxsusdur. TVE-nin fəaliyyəti daha əvvəl milli hökumətdən reklam gəlirləri və subsidiyaların birləşməsi ilə maliyyələşdirilib, lakin 2010-cu ilin yanvar ayından etibarən yalnız subsidiyalarla dəstəklənir..
TVE-nin televiziya kanalları
Kanalın loqosu Proqramlaşdırma növücenter|48x48pxLa 1: Loru dildə La Uno () və əvvəllər TVE1, La Primera () olaraq bilinirdi. La 1 əsasən xəbər proqramları, sənədli jurnallar, jurnal proqramları, İspaniya və Latın Amerikası televiziya serialları, filmlər (xüsusilə İspaniya və ABŞ filmləri) və bəzi populyar idman müsabiqələri yayımlayan bir kanaldır. La 1 İspaniyanın ilk və hal-hazırda ən populyar televiziya kanalıdır.center|48x48pxLa 2: Loru dildə La Dos () və əvvəllər TVE2, Segunda Cadena () və ya UHF olaraq bilinirdi. La 2 əsasən mədəni proqramlaşdırma, Şimali Amerika televiziya serialları, sənədli filmlər, İspaniya və Avropa filmləri, xəbər proqramları, müzakirələr və musiqilər yayımlayan bir kanaldır.center|48x48px 24h: 24 saat 1997-ci ildə yaradılan RTVE-nin 24 saat veriliş aparan xəbər kanalıdır. Kanal xəbərlər, müzakirələr, analizlər və müsahibələr yayımlayır. İspaniyanın ilk 24 saat veriliş aparan xəbər kanalıdır.center|55x55pxTeledeporte: Teledeporte mühüm İspaniya və beynəlxalq idman müsabiqələrini yayımlayan bir kanaldır.center|55x55px Clan: Əvvəllər Clan TVE olaraq bilirnirdi. Clan bir uşaq kanalıdır. Axşam saatlarında yeniyetmələrə yönəldilən bəzi proqramları yayımlayır, erkən saatlarda isə, TVE məzmununu digər kanallardan təkrarlayır.center|48x48pxTVE Beynəlxalq: RTVE-nin beynəlxalq televiziya kanalı. Televiziya kanalı 1989-cu ildə yaradılmışdır və TVE məzmununu bütün dünyada yayımlayır.center|48x48pxStar TVE HD: Latın Amerikasında yayımlanan beynəlxalq əyləncə televiziya kanalı. Televiziya kanalı, verilişləri aparmağa 2016-cı ildə başlamışdır.
Loqoları 160x160px 160x160px 160x160px 160x160px 1956–1962-cı illərdə istifadə edilən loqo 1962–1991-ci illərdə istifadə edilən loqo 1991–2008-ci illərdə istifadə edilən loqo 2008-ci ildən bəri istifadə edilən loqo
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İspaniya televiziya kanalları Kateqoriya:İspan dilində televiziya kanalları Kateqoriya:1956-cı ildə yarananlar