Yekaterina Georgiyevna Qradova (; ) — Sovet teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1983).

Həyatı Yekaterina Georgiyevna Qradova 6 oktyabr 1946-cı ildə Moskvada tanınmış memar, professor, Georgi Qradov (1911–1984)) və Qoqol adına teatrın aktrisası Raisa Qradovanın (1923–2011) ailəsində anadan olub. Əvvəlcə Moskva xarici dillər institutunda, ardınca MXAT məktəb-studiyasında təhsil alıb (kurs rəhbəri — Vasili Petroviç Markov). Məşhur aktyor Andrey Mironovla nikahdan sonradan teatr və kino aktrisası kimi tanınacaq qızı Mariya Mironova dünyaya gəlib.

Aktrisa Yekaterina Qradovanın tamaşaçı kütləsi tərəfindən ilk dəfə tanınması 1969-cu ilə təsadüf edir. MXAT məktəb-studiyasının 4-cü kurs tələbəsi olarkən Mayakovski adına Moskva akademik teatrının "İstedadlar və pərəstişkarlar" tamaşasında baş rol olan Aleksandra Negina obrazını ifa edir. Həmin tamaşa rus teatrının ən görkəmli xadimləri tərəfindən səhnəyə qoyulmuşdu: quruluşçu rejissor Mariya Knebel, rəssam Yuri Pimenov, aktyorlar V. Orlova, Q. Kirillov, Vladimir Samoylov, Q. Anisimova, Aleksandr Lazarev, Maksim Ştraux və başqaları.

Aktrisa ən böyük şöhrətini isə 1973-cü ildə "Baharın on yeddi anı" çoxseriyalı bədii televiziya filminin ekranlara çıxmasından sonra qazandı. Qradova həmin filmdə Ket rolunu ifa etmişdi.

Sonrakı illərdə Qradova Satira Teatrının heyətinə qəbul edilmiş və 1987-ci ilə qədər orada çıxış etmişdir. Lakin 1980-ci illərin sonunda aktyorluq peşəsi Yekaterinanı darıxdırmağa başladı. O, həm teatrı, həm də kinonu tərk etdi. Aktrisanın fəaliyyətində son işi rəmzi olaraq, "Sonuncu" adlanan tamaşa olmuşdur.

1990-cı illərin əvvəlində din və Allaha inam barədə düşünməyə başlayır. O, xeyriyyə fondu təsis edir, yetim uşaqlara və kimsəsiz qocalara kömək etməyə başlayır. Bundan başqa Qradova Müqəddəs Tixon ilahiyyat institutunu bitirmiş, gimnaziya və məktəblərdə özünün yaratdığı "Canlı söz" fənnini tədris etməyə başlamışdır. Onun dərsləri İncil və rus klassik ədəbiyyatına əsaslanır. Həmçinin keçmiş aktrisa olaraq, "Müjdəçilər" () Ümumrusiya uşaq pravoslav hərəkatında kinoklubda məşğələlər aparır.

Ailəsi Atası — Georgi Aleksandroviç Qradov (1911–1984) — memar. Anası — Raisa İvanovna Qradova (1923–2011) — teatr aktrisası. Birinci həyat yoldaşı — aktyor Andrey Mironov (1971–1976) qızı — aktrisa Mariya Andreyevna Mironova (d. 28 may 1973, yaxud 1974) nəvəsi — Andrey Udalov-Mironov (d. 4 iyun 1992) İkinci həyat yoldaşı (1991-ci ildən) — İqor Timofeyev, nüvə fizikası üzrə keçmiş mütəxəssis, informasiya texnologiyaları ilə məşğul olmuş və Yekaterina Qradovanın kürəkəni İqor Udalovun rəhbəlik etdiyi "ИнтерВИД" şirkətində çalışmışdır. Yekaterina Qradova və İqor Timofeyev Optina monastırı ziyarətində tanış olublar. götürmə oğlu — Aleksey Suxoverkov (d. 1992) (Nikah mərasimindən sonra uşaq evindən götürülüb)

Yaradıcılığı

Teatr rolları

Mayakovski adına Moskva akademik teatrı 1969 — "İstedadlar və pərəstişkarlar" (Aleksandr Ostrovski) — A.N. Negina 1969 — "Altıncı kitabın sonu" — Kristina

Moskva akademik Satira teatrı 1970 — "Zaman əsirlikdədir" — Vsevolodun arvadı 1970 — "Müdaxilə" — Janna Barbye 1971 — "Don Kristobalın oyunbazı" — Rosita 1972 — "Dilin altındakı həb" — Svetlana 1973 — "Qəribə adam" — Mariya 1973 — "Böyük evin kiçik komediyaları" — qadın 1973 — "Uzuncorab Peppi" — Fröken Rozenblüm 1974 — "Cırtdan" — müxbir 1974 — "Bizim 50 yaşımız var!" 1974 — "Şillə" — Sonya Zaxarova 1975 — "Köpük" — Viktorina 1975 — "Təmir" — Zalesskaya 1978 — "Dilin altındakı həb" — Svetlana 1979 — "Fenomenlər" — Lariçyeva 1980 — "Xoruzun yuvası" — İskra 1980 — "Qəribə adam" — Nihal 1981 — "Vəhşi pullar" — Lidiya Çeboksarova 1987 — "Sonuncular" — Sokolova

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1967 Payız toyları Marina1973 Baharın on yeddi anı Katya KozlovaKetrin Kin1976 Doğuluş Kseniya1979 Görüş yerini dəyişmək olmaz Svetlana Petrovna Volokuşina1998 Yeni əhvalat. Baharın on yeddi anı 25 il sonra epizod

Teletamaşalar 1971 — Baskervillərin iti (film-tamaşa) — Beril Steplton 1971 — Qadın monastırı (film-tamaşa) 1971 — İstedadlar və pərəstişkarlar — Aleksandra Negina 1974 — Böyük evin kiçik komediyaları — aşiq qadın 1978 — Çao! (film-tamaşa) 1978 — Dilin altındakı həb — Svetlana 1987 — Xoruzun yuvası — İskra

Mükafatlar 28 iyun 1982 — "Xalqlar Dostluğu" ordeni — Sovet televiziya filmlərinin istehsalındakı xidmətlərinə və "Baharın on yeddi anı" filminin yaradılmasında fəal iştirakına görəУказ Президиума Верховного Совета СССР № 7425-Х от 28 июня 1982 года. 1983 — "RSFSR əməkdar artisti" fəxri adı

İstinadlar

Xarici keçidlər

"ВЫЛЕЧАТ ТОЛЬКО В ХРАМЕ". Екатерина Градова о религии, воспитании детей и судьбах мира. Екатерина Градова. "Я хочу вечной жизни". Приёмный сын "радистки Кэт" устроил в квартире бордель

Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:XX əsr aktrisaları