Gərni məbədi — Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində bütpərəst məbədi.

Tarixi 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur.Russell, James R. (1987). Zoroastrianism in Armenia. Cambridge, Massachusetts: Harvard University Press. ISBN 0-674-96850-6.

Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılmış, 1969–1974-cü illərdə bərpa edilmişdir. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət görmüşdür. Hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər.Antonyan, Yulia (2010). ""Reconstituting" Religion: Neo-Paganism in Armenia. Summary". Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında 9–10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılmışdır.

Haqqında Qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramızın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları qalırdı. I yüzilliyə aid Gərni məbədi sonralar bərpa olunmuşdu. Dördkünc formadadar olan saray-məbəd XVII əsrdə zəlzələ zamanı dağıldıqdan sonra ötən əsrin 60–70-ci illərində bərpa edilmişdi. Müxtəlif müharibələrin, təbii fəlakətlərin nəticəsində dağılan və yenidən qurulan Gərni məbədi türk memarlarının əli ilə yaradılmışdı.

Qalereya

İstinadlar

Xarici keçidlər

Mənbə И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, 509–510; А.Берже. Кавказ в археологическом отношении, Тифлис, 1875, стр.50; Ə. Ələkbərli. Qərbi Azərbaycan, II с. Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, В.2002, səh. 546–549.

Kateqoriya:Ermənistan məbədləri Kateqoriya:Gərnibasar abidələri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Ellinizm incəsənəti Kateqoriya:Qədim Ermənistan