Osmanlı imperiyası; Osmanlı dövlətiİmperiyanın digər adları: "Âl-i Osman"; "Devlet-i Âliye", "Devlet-i Ebed-Müddet", "Memâlik-i Mahrûse" veya "Memâlik-i Mahrûse-i Osmanî" Mənbə: Prf. Salih Özbaran: Bir başqa Osmanlı kimliği Rumilik və ya Beynəlxalq adı ilə Türkiyə (, Devlet-i Aliyye-i Osmâniyye, ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Şərqi Roma imperiyasının (Bizans) varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. Bu da XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır.
Səciyyəvi xüsusiyyətləri Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.Нации и национализм на мусульманском Востоке / Отв. ред. В. Я. Белокреницкий, Н. Ю. Ульченко; Институт востоковедения РАН. — М.:ИВ РАН, 2015. — 488 с. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular. Bütün kosmopolit dairələr Osmanlı sinfini təşkil edirdi; türk əhalisi də türk sinfini. İmperiya quruluşunun formalaşması prosesində türkmən köçəriləri dövlətin qurucuları idi.
Osmanlılar dini nüfuzlarından bəhs etmək istədikdə "Memalik-i İslam"-ı istifadə edirdilər; Osmanlı xanədanını göstərmək üçün "Al-i Osman"-dan istifadə edirdilər; ya da coğrafi baxımdan bir dövlətin təyin edilməsi tələb olunduqda, Roma imperiyasından qalan əraziləri təyin edib "Memalik-i Rum" deyirdilər. Osmanlı imperiyasını həm də Türkiyə adlandırılır. Osmanlı sultanları XVIII-ci əsrə qədər bəzən romalı kimliklərinin əsasındaF. Aslı Ergul, "The Ottoman İdentity: Turkish, Muslim or Rum?", p. 642 "sezarların sezarı" titulu daşıyırdı.C. Imber, "The Ottoman Empire, 1300–1650", p. 125 Bizansın tutulmasındən sonra Osmanlı padşahları sənədlərdə orta əsr serb dilində "çar, veliki çar" kimi titullardan istifadə edirdilər. Osmanlı şairləri padişahlarını "Roma Sezarları" (Kayser-i Rum), tarixçiləri isə "Sezar hökmdarlığının varisi" olaraq tərifləyirlərdi. Yunan dilindəki məktublarında II Bəyazid özünü "Basilius Basileon" və ya "Magistus basileum" adlandırırdı. Sultan Süleyman Qanuni bir məktubda özünü "Roma Sezarı" kimi təqdim edir. Osmanlı hökmdarlarının məktublarında titulların uzun bir siyahısında birinci yeri tutan, "dövrü idarə edən Sezar", "Sezar" və "Cəmşid taxtının varisi" kimi başlıqlar, tək dünya dövlətinə iddialarından bəhs edir. Osmanlılar fövqəladə hallara görə yeni güclənən Avropa dövlətlərinin hökmdarlarının sezar titulunu tanımaq məcburiyyətində qaldılar."Türk İslam Ansiklopedisi"
Osmanlının hakimiyyəti və ordusu yəniçərilərR. P. Lindner, "The Nomads and Ottomans in Medieval Anatolia", p. 34 Anadolu və balkan bölgələrindən arasından olan dəvşirmələrdən ibarət idi. Onları uşaq vaxtından "qul" kimi götürüb, təhsil verib böyük vəzifələrə təyin edirdilər. Qızları isə bəzən sultanların hərəmlərinə göndərirdilər. Nəticədə həmin qadınların oğulları Osmanlı sultanları olurdular, qızları isə keçmişdə Balkanlardan qul olan yüksəkrütbəli nazirlərə və hərbi qulluqçulara ərə gedirdilər.Stephen P. Blake, "Time in Early Modern Islam", p. 39–40 Yəni Osmanlını idarə edənlər Türklərlə yanaşı həm də islamı qəbul etmiş şəxslər və ya onların nəsilləri idi.Stephen P. Blake, "Time in Early Modern Islam", p. 42 Məsələn Sultan Süleyman Qanuninin 24 vəzirindən 19-u dəvşirmə idi. İbrahim paşa Parqalı bürokratiyada hakim olan dəvşirmə sinfinin nümayəndələrindən biri idi.Stephen F. Dale, "The Muslim Empires of the Ottomans, Safavids, and Mughals", p. 180–181 Mustafa Əli Gelibolulu qeyd edirdi ki dəvşirmələr türklərdən daha etibarlı idilər və əvvəlcə "bəylərbəy" və "bəy" türklərə verilmirdi. O türklərə "ürəkləri pis əməllərlə və kinlə dolu olan" deyərək şikayət edirdi ki, artıq onlar pul verərək yüksək vəzifələrə çıxırdılar.M. D. Sheridan, "Depictind and Defaming Others", p. 305
Yeniçərilərin hökumətə təsiri böyük idi. Məsələn 1466-cı ildə yeniçərilər sultan II Mehmedi taxtdan imtina etməyə məcbur etdilər. 1512-ci ildə də sultan I Səlimin xeyrinə sultan II Bəyazidi taxtdan imtina etməyə məcbur etdilər.C. Imber, "The Ottoman Empire, 1300–1650", p. 258 Venesiya səfiri Andrea Foskolo bu dövrdə yeniçərilər haqqında "onlar hökm sürürlər və ölkəni idarə edirlər" yazırdı.H. E. Çıpa, "The Centrality of the Periphery: The Rise to Power of Sellm I, 1487–1512", p. 128 Yeniçərilər 1622-ci ildə sultan II Osmanı öldürərək yerinə I Mustafanı gətirdilər.
Tarix
Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edir. 623 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdur. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür. Onu da qeyd etmək lazımdır ki, dövlət Afrikada 395 il (1517–1912), Avropada 561 il (1363–1912;1913–1922), Asiyada bütün hakimiyyəti boyu (623 il) qalmışdır.
Bəylikdən imperiyaya thumb|Osmanlı Türk İmperiyasının Qurucusu, I. Osman Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söğütlü şəhərində Osman bəy tərəfindən qoyulmuşdur. Osman bəy 12 illik mübarizədən sonra Bursa şəhərini tutdu. Bəzi tarixçilərə görə, Osmanlı dövlətinin qurucusu Osman Bəyin atası Ərtoğrul Qazidir. Digər mənbələrdə onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alp bəyliyin əsasını qoymuş şəxslər kimi tanınır. Bu ailə Oğuz türklərinin boz ox qolundan olan qayı boyunun başçısı idi. Osman bəyin atası Ərtoğrul Qazi, Səlcuq sultanı Ələddin tərəfindən Bizans sərhəddinə "uc bəyi" olaraq təyin edilmişdi. Ərtoğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik vilayətlərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söyüdlü qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlcuqlu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhədini qorumaq və xristianlara qarşı müharibə etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtoğrul Qazi 1281-ci ildə vəfat edib. Yerinə ailənin ən kiçik oğlu Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Ağıllı siyasət Osman Ağaya yeni ərazilər qazandırdı. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də tutdu. Yarhisar və Qaracahisar hakimləri ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Qaracahisarı ələ keçirdi. Osman bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299-cu ildə Osmanlı dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Osman bəy, Bursanı tutduğu ildə, 1326-cı ildə vəfat etdi.
Osman Qazi 1326-cı ildə vəfatı nəticəsində yerinə oğlu Orxan Qazi keçdi. Bundan istifadə edən Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. 1329-cu ildə paytaxt Bursa şəhərinə köçürüldü. Bursada ilk Osmanlı sikkələri kəsildi. Orxan qazi bizanslıları Anadoludan qovdu. Maltəpə döyüşündə Bizans ordusu məğlub oldu. 1359-cu ildə hakimiyyətə Sultan I Murad gəldi.
I Murad Xüdavəndigarın hakimiyyəti və Balkan yarımadasının işğalı 1356-cı ildə hakimiyyətə I Murad gəldi. 1363-cü ildə Çorlu və Lüləburqazı ələ keçirdi. Komandanlarından Evranos bəy və Hacı İlbəyi də Malkara, Kəşan, İpsala, Dədəağac və Dimatokanı Osmanlı torpaqlarına qatdılar. Lala Şahin Paşa da Ədirnəni aldı. Filibə və Gümülcinə də Osmanlıların əlinə keçdi. Bundan sonra Ədirnə üzərinə yürüş başlandı. Kızılağac, Yanbolu, İhtiman, Samokov, Aydos, Karinabat, Sozapol və Hayrabolu alındı. Bolqar kralı Osmanlı himayəsinə keçdi. Bacısı şahzadə Mariyanı I Murada verdi. Çirməndəki savaşda Serblər məğlub edildi və 1371-ci ildən Serblər Osmanlıların himayəsinə keçdi.
Çirmən müharibəsində 800 nəfər türk 70000 serb-bosna-bolqar qoşunlarını məhv etmişdir. Gecə vaxtı Osmanlı yeniçəriləri manevr etmək istəyirdi. Onlardan birinci dəstə Ədirnə ətrafından 3 yerə parçalandı. Hər 50 nəfərlik qrup gözləmədən qoşuna ikisi öndən biri arxadan olmaqla hücum etdi. 40000 nəfər qılıncdan keçirildi. Buna əsas səbəb qoşunun əksər hissəsinin yatması, gözətçilərin diqqətli olmaması və qəflətən qorxuya düşmələridir. Arxaya qaçan düşmən 1371-ci ildə Məriç çayınadək irəlilədi, amma önlərinə 650 nəfərlik dəstə çıxdı. Döyüş başlandı. Serblərin dəhşətə gəldiyi döyüşdə 25000 nəfər daha Məriç çayını al qanlara boyadı. 5000 nəfəri qalmış Serb komandir məğlubiyyətə baş əymiş və I Muradın əlindən öpmüşdür. Osmanlı ordusu 133 nəfər şəhid vermişdir.
I Murad Bursaya dönüb oğlu I Bəyazidi Süleyman Şahın qızı ilə evləndirdi. Kütahya, Tavşanlı, Simav və Əmət gəlinin cehizi olaraq Osmanlılara verildi. Ağşəhər, Yalvaç, Yenişəhər, Qaraağac və Əğri Həmidoğlu Hüseyin bəydən satın alındı. 1385-ci ildə Teymurdaş Paşa, İstıp, Manastır və Ahri vilayətlərini ələ keçirdi. Bolqarıstanın paytaxtı Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serb və Bosniya kralları, Xorvat və Albaniya şahzadələri Osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir ordu ilə Teymurdaş Paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Bundan yararlanmaq istəyən avropalılar, Xaçlı Birliyi qurdular. I Murad, hələ bu birləşmədən öncə Əli Paşa ilə Bolqar kralını və Dobruca şahzadəsini məğlub edərək, onların Xaçlı Birliyinə qoşulmasını önlədi. 1389-cu ilin əvvəlində I Murad Ruməliyə keçdi və iki ordu Kosova düzündə qarşılaşdı. Xaçlı Birliyi döyüşdə məğlub edildi. İlk olaraq, xaçlılar Osmanlı ordusunun sol cinahı qeyri-aktiv hərəkətə gətirdilər. Daha sonra Osmanlı ehtiyatları darmadağın edildi. Xaçlılar arxadan Osmanlı mərkəzinə hücum etdilər, amma əsas təhlükəni yaddan çıxartdılar. Yenidən hərəkətə gəlmiş Osmanlı sol cinahı yenidən döyüşə atıldı. Bu zaman xaçlılar hər tərəfdən hücum etdilər. Belə proseslər döyüşün 7-ci saatında baş verirdi. Qorxan əsgərlər geri çəkildi. I Bəyazid xaçlıların sol cinahı darmadağın etdi. Qələbə demişkən, I Murad Xüdavəndigar serb əsilli xain Miloş Obiliç tərəfindən qətlə yetirildi. Acıqlanmış Osmanlı ordusu Serbiya kralını döyüşdə öldürdülər. Döyüşdən qələbə xəbərinin gəlməsindən az sonra Murad əbədi gözlərini yumdu.
İldırım Bəyazidin hakimiyyəti