300px|right|thumb|Alman ensiklopedisti Afanasi Kirxerin xəyali Atlantida xəritəsi. 1669-cu ildə Amsterdamda nəşr olunmuş "Mundus Subterraneus" kitabından. Xəritədə yuxarı tərəf cənubu göstərir. Atlantida adası () — ilk dəfə qədim yunan alimi Platon ( E.ə. 428/E.ə. 427, Afina — E.ə. 348/E.ə. 347) tərəfindən qeyd edilən əfsanəvi ada və ya qitə. к.и.н. В. Гуляев Погибшие континенты Атлантида и Му на карте неандертальца. На сайте Alterplan.ru . Atlantidanın faciəvi tarixi haqqında ilk məlumatlar qədim yunan filosofu Platon tərəfindən qeyd olunmuşdur. Platon bu məlumatları babasından, o isə Misir rahiblərindən eşitdiyini bildirir.The frame story in Critias tells about an alleged visit of the Athenian lawmaker Solon (c. 638 BC – 558 BC) to Egypt, where he was told the Atlantis story that supposedly occurred 9,000 years before his time. Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur.Классические древности . — 2007 Bəziləri onun Atlantik okeanında, bəziləri isə Egey dənizində yerləşdiyini iddia edir.Доказательства существования Атлантиды в Атлантике На сайте Historic.ru Yoxlanılıb: 13 avqust 2014

Platonun mühazirəsi thumb||right|140px|Üzərində Atlantida haqqında məlumat verilmiş Oksirinxkus papirusundan fraqment Atlantida haqqında ilk yazılı məlumatlar Platonun "Timey"Taylor, AE (1928). A commentary on Plato's Timaeus. Oxford: Clarendon, p. 23.Pierre Vidal-Naquet, Atlantis. Geschichte eines Traums, München 2006, S. 18.Vidal-Naquet, P., Pequeña Historia de un mito platónico, p. 15 y ssTimeo, 24e. Traducción de Francisco LisiTimeo, 25e-d. Traducción de Francisco LisiDialogue literature: Timeo, 20d, 21d, 26e və "Kritiy"Dialogue literary: Critias, 118a-bDialogue literary: Critias, 113cDialogue literary: Critias, 113dDialogue literary: Critias, 113e-114a-cDialogue literary: Critias, 114 bDialogue literary: Critias, 114d-115aDialogue literary: Critias, 115b dialoqlarında yer alır. Kitabda deyilənlərə görə, Atlantida 9000 il öncə dəhşətli bir fəlakət nəticəsində bir günün içində dağılaraq məhv olmuşdur. Belə çıxır ki, Atlantida bizim eradan əvvəl 9500-cü ilə qədər mövcud olmuş, təxminən bu tarixdə isə dağılmışdır. Bəzi mütəxəssislər Platonun fikirlərini həqiqət hesab etmirlər. Onu Platonun təfəkkürünün məhsulu və ya fəlsəfi mif adlandırırlar.Одиссея. Героическое творение Омира. Переведена с еллиногреческого языка [прозой П. Е. Екимовым]. Ч. 1–2. М., 1788 Yazdıqlarından belə aydınlaşır ki, Atlantidadan qərbdə nəhəng Amerika materikinin mövcudluğu Platona məlum olub. Onun Atlantida haqqında qeydlərinə olan maraq da daha çox bununla bağlıdır.Brasseur de Bourbourg, Popul-Vuh, p. 45A. Braghine -L'enigme de l'Atlantide, Paris, 1939 Çünki Platonun müasirlərinə Yer kürəsinin quruluşu tam dəqiqliyilə məlum ola bilməzdi. Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır:

Platonun sözlərindən görünür ki, Atlantida bizim eradan 9500 il əvvəl Atlantik okeanında, indiki Cəbəllütariq boğazının yanında yerləşirdi. Sahəsi Liviya və Asiya qitəsinin birlikdə götürülmüş sahəsindən də böyük olub. Platona görə adada yaşayanlar dəniz və zəlzələlər tanrısı Poseydonun soyundan gələn kralların qurduğu ittifaq tərəfindən idarə olunurdu. Həmçinin adada ayrı-ayrı krallar tərəfindən idarə olunan şəhər dövlətləri var idi. Ancaq bunların içində ən möhtəşəmi paytaxt şəhəri idi.Diodor, Biblioteca istorică, Cartea a V-aAurel Dîmboiu, Pe urmele atlanților p.21

Bu paytaxt şəhəri quru sahəsini bir-birindən ayıran 3 ayrı su sahəsi ilə əhatə olunurdu. Bu su sahələrinin ətrafında da müdafiə məqsədilə divarlar çəkilmişdi. Bu divarların hər biri ayrı-ayrılıqda fərqli metallardan hazırlanmışdı. Ən kənardakı divar bürüncdən, ortadakı divar misdən və ən iç divar isə nadir tapılan, yalnız bu adada olan mədəndən çıxan "orikalkumun" ilə hazırlanmışdı. İç divarın hazırlandığı metal parıldayaraq özündən qırmızı işıq saçırmış. Atlantlar şəhəri çevrələyən bu xəndəklərin arasında şəhər mərkəzi ilə dənizi bir-birinə bağlayan bir kanal da qazıbmışlar. Adanın sahilindəki qayaları yararaq liman inşa edibmişlər. Zəngin təbii sərvətlərə malik olan bu adanın sakinləri incə zövqə malik insanlar olublar. Onlar buğalara sitayiş edir, fil, o cümlədən, başqa vəhşi heyvanlar da saxlayır, qozla qidalanırdılar.Aurel Dîmboiu, Pe urmele atlanților 1963 p. 17Pausania, Descriptio Graeciae citat de Aurel Dîmboiu, în Pe urmele atlanțilorPlutarh, Moralia citat de Aurel Dîmboiu, în Pe urmele atlanțilorAurel Dîmboiu, Pe urmele atlanților 1963 p. 18Brasseur de Bourbourg Popul-Vuh, Paris, 1861 p.42, citat de Aurel Dîmboiu, în Pe urmele atlanților

thumb||left|160px|Platon və Aristotel (Rafael Santinin 1509-cu ildə çəkdiyi "Afina məktəbi" rəsmindən fraqment (Vatikan) Əksər alimlər Platonun dialoqlarda haqqında bəhs etdiyi bu adanın əfsanə olduğunu və mövcudluğunun heç bir dəlillə sübuta yetirilmədiyini iddia edirlər. Kritiyin dialoqunda Platon qeyd edir ki, onun Atlantida barədə verdiyi məlumatlar afinalı dövlət xadimi Solonun (e.ə. VI əsr) Misirə səyahəti ilə bağlıdır.Thesleff (1982), p. 189; Bichler (1986), p. 75; Pančenko (1990), pp. 135–148; Mattéi (1996), p. 253; Iannucci (2002), pp. 3–11. Misirdə olarkən, Solon keşiş Sayasla görüşür. Sayas qədim Atlantida tarixini papiruslar üzərində yazılmış Misir heroqliflərindən yunan dilinə tərcümə etmişdi.Eine solch hohe Altersangabe war in der Antike nicht ungewöhnlich, so nennt z. B. Herodot ein Alter von 11340 Jahren für Ägypten (Historien II 142,3) Bəziləri isə Platonun Atlantida barədə yazılarının Troya müharibəsindən bəhrələndiyini qeyd edir.Cornford (1937), p. 1; Welliver (1977), pp. 50–57; David (1984), p. 38; Labarbe (1989/90); Morgan (1998), p. 101.Zeller, E. (1873). Über die Anachronismen in den platonischen Gesprächen, Berlin: Akademie der Wissenschaften, pp. 79–99.Fehling, D. (1985). Die sieben Weisen und die frühgriechische Chronologie, Bern, pp. 111–112.

Timey dialoqunda Atlantida haqqında qısa məlumat verilir. Dialoqda Atlantidanın sahəsinə görə bir çox qitələrdən böyük olduğu və xalqının güclü, həmçinin, savadlı olduğu təsvir edilir. Bu dialoqda göstərilən Atlantida hekayəsi, digər dialoq olan Kritiyin dialoqunda davam etdirir. Kritiy dialoqunda yunan tanrılarının dünya ərazisini öz aralarında bölməsi və dəniz tanrısı Poseydonun Atlantida adasını seçdiyi qeyd edilir. Hekayəyə görə, Poseydon Kleyto adlı qadını sevirdi. Onların beş cüt əkiz oğlu dünyaya gəlmişdi. Onlardan böyüyü Atlas adanın və adanın yerləşdiyi okeanın (Atlantik okenanı onun şərəfinə adlandırıldı) kralı elan olundu. Onun əkiz qardaşı Qadeyrus və digər dörd cüt əkiz qardaşa adanın müxtəlif hissələrinin idarəsi tapşırıldı. Paseydon Kleyto ilə sevgi yaşadığı dağda saray yaratdı. Saraydan başlayaraq bir-birindən xəndəklərlə ayrılan və ölçüləri böyüyən üzükşəkilli torpaq sahələri quruldu. Bu üzükşəkilli sahələr bir-birilə körpülər vasitəsilə birləşdirildi. Şəhərə gəmilərin daxil omasını təmin etmək üçün sarayın yerləşdiyi mərkəz hissədən hər bir üzükşəkilli torpaq sahəsindən keçməklə kanal yaradıldı. Hər bir torpaq sahəsində limanlar tikildi. Bu sahələrin hər biri müdafiə qalalaları ilə qorunurdu.Dialogue literary: Critias, 116d-eDialogue literary: Critias, 115d-116aDialogue literary: Critias, 118c-eDialogue literary: Critias, 119dDialogue literary: Critias, 120 bDialogue literary: Critias, 120e, 121cDialogue literary: Critias, 121a-c

Platona görə, Solunun dövründən (e.ə. VI əsr) 9 min il əvvəl şəhərin daxilində və xaricində yaşayan insanlar arasında böyük müharibə oldu. Atlantlar Afrikanın bəzi hissələrini, Misiri və Avropanın o dövrdə Tireniya (indiki İtaliya ərazisində yerləşir) adlanan hissəsinə qədər olan əraziləri işğal etdilər və insanları qula çevirdilər. Bir müddətdən sonra adada güclü zəlzələ və tufan başladı. Ada bir gecənin içində suyun dibinə batdı və batarkən yaratdığı palçıq, həmçinin, digər tullantıların altında həmişəlik itdi.

Yerləşdiyi ərazi fərziyyələri Atlantların yaşadıqları ərazini Platon öz əsərində dəqiq məkan göstərməyib. O yalnız indiki Cəbəllütariq boğazının ətrafını nişan verməklə kifayətlənib. Bəzi alimlərin dediyinə görə Atlantida Atlantik okeanından Aralıq dənizinə, cənubda Misir, şimalda İtaliyaya qədər uzanan böyük bir imperiyaya malik olub. Hətta bəzi araşdırmaçılar Cəbəllütariqin sahillərində yerləşən Azor və Kanar adalarının Atlantidanın qalıqları olduğunu qeyd edirlər. Ümumiləşdirmə aparıldıqda dünyanın hər yerində Atlantidanın qalıqlarının olduğunu iddia edənlər var: Antarktida, İrlandiya, İspaniya, Cənubi Çin dənizi, Amerika qitəsi, And dağları, hətta Dominikan Respublikasında yerləşən bir gölü də bu əraziyə aid edilir. 1882-ci ildə Donelli "Tufandan əvvəlki dünya-Atlantida" adlı kitabını nəşr etdirir. Donelliyə görə Atlantida yer üzündəki cənnət, yunan tanrılarının vətəni imiş. Donelli Atlantidanın Azor adalarının yaxınlığında yerləşdiyini bildirir.Devlerin iskeletleri, Makedonya macedoniandimension.wordpress.com, Yoxlanılıb: 31 avqust 2014 Geniş yayılmış digər fərziyyəyə görə, Atlantida Santorini adasında vulkan püskürməsi nəticəsindəFloyd W. McCoy and Grant Heiken, Volcanic Hazards and Disasters in Human Antiquity, 2000 məhv olmuş qədim Krit mədəniyyətilə əlaqəlidir.Santorini and the Legend of Atlantis Fascination Volcano / Volcano DiscoveryHistoria del Arte Espasa (2004) pág. 166Galanopoulos, Angelos G. (1960): On the Location and Size of Atlantis, in: Praktika Akademia Athenai 35 (1960) 401–418.Frost, K. T. (1913): "The Critias and Minoan Crete", in: Journal of Hellenic Studies 33 (1913) 189–206. Balch, E. S. (1917): "Atlantis or Minoan Crete", in: The Geographical Review 3 (1917) 388–392. Marinatos, Spyridon (1950): "Peri ton Thrulon tes Atlantidos", in: Kretica Chronica 4 (1950) 195–213. Andrews, P. B. S. (1967): "Larger than Africa and Asia?", in: Greece and Rome 14 (1967) 76–79. Bir çox müasir fərziyyəyə görə mütəxəssislər əfsanə və əsatirlərə istinad edərək, Atlantidanın Mərmərə dənizi sahillərində yerləşdiyini qeyd edirlər. thumb|829px|center|Akrotiri (Santorini) qalıqlarından tapılmış Qərb evindən gələn gəmilərin karvan və ya flotiliya freskası.Christos G. Doumas, The Wall Paintings of Thera, Athens 1991Christos G. Doumas Thera — Pompeii of the Ancient Aegean, London 1983

Atlantida və And ərazisi 1553-cü ildə Pedro Syes de Leonanın "Perunun xronikası" əsərində hinduların tarixindən hadisələr danışılır. Bu hadisələrə görə, "Ağ adamlar" Quamanqa (Peru) ərazisini İspanlardan da əvvəl keçmiş və İnqlərdən əvvəl buranı idarə etmişlər:

"Ən böyük çayın adı Vinyakedir (Vinaque). Bu çayın ətrafında uzun əsrlər boyu mövcud olan çoxlu tikililər vardır. Hindulardan bu haqda soruşduqda, onlar saqqallı adamların İnqlərə qədər bu yaşayış məntəqələrini tikdiklərini qeyd edirlər. Bu tikililər digər İnqlərin tikililərindən çox fərqlənirdi. Çünki onların forması kvadrat, lakin İnqlərin düzəltdikləri tikililərin formaları nazik və uzun idi. Mənə elə gəlir ki, əvvəllər bura özgə insanlar gəlmiş və onlar şüarca inkşaf etmiş olublar ki, bizim onlar haqqında dəqiq məlumatımız yoxdur.

Bu əsərdən sonra bir çox tarixçilər həmin özgə adamlarla maraqlanmağa başladılar. Tarixçilərdən biri olan Pedro Sarmyento de Qamboa adlı yazıçı bu barədə 1555-ci ildə Antpervendə nəşr edilən "İnqlərin tarixi" adlı əsərində qeyd edir.Pedro Sarmiento de Gamboa. Historia de los Incas. Madrid 2007. Miraguano, Polifemo. ISBN 978-84-7813-228-7, ISBN 978-84-86547-57-8 Peru ilə Atlantidanın əlaqəsini tarixçi olan Aqustin de Sarate "İnqlərin kəşf olunması və işğalı" əsərində qarşı-qarşıya qoyur.Zárate, Agustín de. Historia del descubrimiento y conquista del Perú // Biblioteca Peruana. Primera serie. Tomo II. — Lima: Editores Técnicos Asociados, 1968. — p. (pp. 110–113) Atlantların Cənubi Amerikada yaşadıqları haqqında bir çox hipotezlər ABŞ yazıçısı Cim Allenin "Atlantida: Andlar həlli" ) adlı əsərində ətraflı göstərilir.Legendary continent of Atlantis as South America Yoxlanılıb: 5 sentyabr 2014J. M. Allen Atlantis: The Andes Solution Yoxlanılıb: 5 sentyabr 2014

Atlantida və Braziliya ərazisi