Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; , ) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir.
1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı. Belarusun müasir sərhədləri isə 1939-cu ildə tam olaraq formalaşdı. İkinci dünya müharibəsi ərzində baş tutmuş hərbi əməliyyatlar Belarusa çox böyük ziyan vurdu. Belə ki, bu müharibə nəticəsində Belarus əhalisinin təqribən üçdə bir hissəsini və iqtisadi resurslarının yarısından çoxunu itirdi. Respublika müharibədən sonrakı dövr ərzində tədricən inkişaf etməyə başladı. Belorusiya SSR Sovet İttifaqının tərkibində olan Ukrayna SSR ilə birlikdə 1945-ci ildə əsası qoyulan Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur.
27 iyul 1990-cı ildə Belarus Respublikasının parlamenti ölkənin suverenliyi barədə qərar qəbul etdi və 25 avqust 1991-ci il tarixində Sovet İttifaqının dağılması prosesi ərzində öz müstəqilliyini elan etdi. Aleksandr Lukaşenko 1994-cü ildən etibarən ölkənin ilk prezidenti olaraq xidmətini davam etdirir. Hazırda Sovet dövründə olduğu kimi ölkə iqtisadiyyatının əsas hissəsi dövlət mülkiyyəti hesab olunur. Belarus hazırda Avropada ölüm hökmü cəzasından imtina etməyən yeganə dövlətdir.
2000-ci ildə Belarus və Rusiya dövlətləri arasında imzalanan müqavilə nəticəsində Birlik Dövləti formalaşmışdır. Belarus əhalisinin 70%-dən çoxu urbanizasiyalaşmış ərazilərdə yaşayır. Etnik cəhətdən əhalinin 80%-dən çoxunu beloruslar, qalan hissənin böyük bir qismini isə etnik ruslar, polyaklar və ukraynalılar təşkil edir. 1995-ci ildə baş tutmuş referendumdan sonra ölkədə iki rəsmi dil var: belarus dili və rus dili. Belarus Konstitusiyasına əsasən heç bir din rəsmi dövlət dini olaraq qəbul olunmasa da, əhalinin əksəriyyəti xristianlığın pravoslavlıq cərəyanına etiqad edir. BMT-nin qurucu üzvlərindən biri olan Belarus, həmçinin Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Qoşulmama Hərəkatının üzvüdür. Belarus Avropa İttifaqına qoşulmağa cəhd etməsə də, bu təşkilatla ikitərəfli əməkdaşlığa sahibdir və Aİ-nin iki layihəsində (Şərq Tərəfdaşlığı və Bakı Təşəbbüsü) iştirak edir.
Belarusda əhali danışıq dili olaraq rus dilində danışmağa üstünlük verirlər.Belarusun kəndlərində əsasən Belarus dilində danışılır.
Tarix Belarusların əcdadları Şərqi Slavyanlardır. 6 və 8-ci əsrlər arasında şərqi slavyanlar Belarus bölgəsinə yerləşdilər və daha əvvəl burada yaşayan Fin-Ogur köklü bəzi tayfaları tərəfindən sıxışdırıldılar. IX əsrin sonunda bölgədə İsveç köklü varyaqlar tərəfindən Polotsk və Turov krallıqları quruldusa da X əsrin sonunda bu krallıqlar Kiyev Knyazlığına birləşdirildilər. X əsrdə bu bölgə Bizans İmparatorluğu tərəfindən xristianlaşdırılan Kiyev Knyazı I Vladimir tərəfindən 988-ci ildən başlayaraq xristianlaşdırıldı.
1237-ci ildə bu krallıqlar daha sonra Polotsk Krallığından ayrılan Minsk və Vitebsk krallıqları ilə birgə muxtariyyət qazansalarsa da həmin il Qızıl Orda dövlətinin vasallı oldular. Bölgə 1239–1320-ci illər arasında Litva Böyük hersoqluğu tərəfindən fəth edildi. Litvalılar dövlətlərinin paytaxtlarını Kernavadan əvvəl Grodnoya (Belarusça: Hrodna), sonra isə Novogrudok (Belarusça: Navahrudak)a köçürdülər və dövlətin rəsmi dili belarusca oldu. Ancaq XIV əsrdə dövlətin paytaxtı əvvəl Trakaiya, sonra Vilnüsa köçürüldü. Litvalılar əvvəl büdpərəstlikdən ortodoksluğa, sonra isə Polşalıların təsiri ilə XV əsrdə katolikliyə keçdilər və bu vəziyyət ortodoks inancını böyük ölçüdə qoruyan belarusların həyatını müəyyənləşdirdi. Bugünkü Belarusiyanı təşkil edən bölgə Litvaya bağlı Brześć Litewski (Bugün Brest), Vitebsk (Belarusça: Viciebsk), Novogrudok, Minsk (Belarusça: Mensk), Polock (Polotsk), Mscislaw (Mstislavl) ve Wilno (Vilnyus) bölgələrinə bölündü.
1386-cı ildə Litva Böyük Hersoqu- Jogalia, II. Wladyslaw adıyla Polşa Kralı olunca, 2 ölkə arasında Jagiellon Sülaləsi vasitəliyi ilə şəxsi birliy quruldu.Belə ki,Litva Hersoqu Jagolia ilə,Polşa Kraliçası Jadviga evləndi.Bu birlik 1569 ilində Lyublin Birliyi müqaviləsi ilə daimi bir birliyə döndü. Litvanın daimi birlikdə olmasından güclənməsı 1567'da Podlasya, Volinya, Podolya və Kijow (Kiev) bölgələrinin Polşa Kralı II. Zygmunt tərəfindən ələ keçirilməsinə yol açdı. Bu arada daha sonra Rus Çarlığı'na çevriləcək olan Moskva Knyazlığı'nın təhdidi artmağa başladı. 1514-ildə Smolenski ələ keçirən Ruslar, 1535 ildə Vilnyusa qədər gəldilər. Ruslar, Livoniya müharibəsi (1558–1582) sırasında 1563'da Polotsk'u işğal edərək Litva ordusunu Vilnyus'a qədər geri çəkməsinə baxmayaraq Polşalılar 1572 ilindən etibarən Belarusu geri aldılar və hətta 1581ildə Rusiyanın Velike Luki və Sokol şəhərlərini işğal edib, Pskov şəhərini dağıtdılar.
Coğrafiya No. Bölgə Paytaxt Belarusca Əhali(01.01.2009 est.) Şəkil:Subdivisions of Belarus.png 1 Minsk (paytaxt) Мiнск 1,829,100 2 Brest vilayəti Brest Брэсцкая вобласць 1,433,100 3 Qomel vilayəti Qomel Гомельская вобласць 1,464,500 4 Qrodno vilayəti Qrodno Гродзенская вобласць 1,102,800 5 Mogilyov vilayəti Mogilyov Магілёўская вобласць 1,123,100 6 Minsk vilayəti Minsk Мiнская вобласць 1,454,000 7 Vitebsk vilayəti Vitebsk Вiцебская вобласць 1,265,300 Belarusun heç bir dənizə çıxışı yoxdur və əsasən düzən ərazilərdən ibarətdir.
Ölkə şərq tərəfdən Rusiya,cənubdan Ukrayna,qərbdən Polşayla, şimal və şimal-qərbdən Litva,
Latviyayla həmsərhəddir.
Hökumət Ölkə prezidenti Aleksandr Lukaşenko 1994-cü il 20 İyul tarixindən ölkəni idarə edir.
Siyasət Aqrar Partiya — AP (1992) Belorus Sosial-Demokrat Partiyası (Xalq Qramadası) — BSDP-XQ (1997) Belorus Sol Partiya "Ədalətli dünya" (1992) Belorus Xalq Cəbhəsi — BXCP (1993) Belorus Kommunist Partiyası — BKP (1996) Liberal Demokrat Partiyasının (1994) Belaruslu Sosial-İdman Partiyası (1994) Belaruslu Yaşıllar Partiyası (1994) Popular Akkord Sosial Demokrat Partiyası (1997) Respublika partiya (1994) Mühafizəkar Xristian Partiyası — BPF — BPF (2000) Əmək və Ədalət Respublika Partiyası (1993) Birləşmiş Vətəndaş Partiyasının (1995) Belarus Vətən Partiyası (1994) "Belarus Sosial Demokrat Məclisi" (1998)Сведения о политических партиях, зарегистрированных в Республике Беларусь Министерство юстиции Республики Беларусь
Xarici əlaqələr Belarusun digər ölkələrlə siyasi əlaqələri çox qarışıqdır.Belə ki,ölkə 1991-ci ildə müstəqillik qazanmasından sonra qərb dövlətləri ilə soyuq əlaqələrə malikdir.Buna səbəb Qərb dövlətlərinin Belarus prezidenti Aeksandr Lukaşenkonun onların fikrincə qeyri demokratik ölkəni idarəetməsidir.Xüsusən 2010-сu il Belarusda prezident seçkilərindən sonra bu əlaqələr daha da pisləşmişdir.
Silahlı qüvvələr İllik hərbi xərcləri 176,1 mln. ABŞ dollarıdır.
İqtisadiyyat Belarus güclü iqtisadi sistemə malik olmayan dövlət kimi tanınır. Belarus dünyada daha çox aqrar dövlət kimi tanınır. Ölkədə maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı çox inkişaf edib. Belə ki, Belarus öz daxili yem tələbatını artıqlamasıyla ödəyir və qonşu dövlətlərə kütləvi halda süd, süd məhsulları, tərəvəz ixrac edir. Belarus 1990-сı illərdə və 2011-ci ildə defoltla üzləşmişdir.
Təsərrüfatın ixtisaslaşmasına və strukturuna əmək ehtiyatlarının bolluğu, Rusiyadan daha ucuz yanacaq və metal idxalı və yerli təbii ehtiyatları müsbət təsir göstərir. Maşınqayırmanın ixtisaslaşmış sahələri-hesablama maşınları, cihazqayırma, məişət maşınqayırması-soyuducular, paltaryuyan maşınlar, k/t maşınları və yük avtomobilləridir (Minsk, Jodino, Mogilyov). Kimya sənayesi əsas istiqaməti-süni kauçuk, şin, plastik kütlələr (Mogilev, Qrodno, Polotsk), Kalium gübrələri (Soliqorsk), meşə emalı və kağız istehsalıdır (Bobruysk, Borisovo, Vitebsk və b.). Yüngül sənayedə əsas yeri kətan parça, ayaqqabı istehsalı və b. tutur. Yeyinti sənayesi əsas sahələrdəndir, yerli xammallarla təmin olunub.Aparıcı sahələri yağ, süd-pendir, ət məhsulları istehsalı, kartofkraxmal istehsalı və b. Yanacaq-energetikanı yerli torf, Rusiyadan aldığı neft-qaz təşkil edir.
Kənd təsərrüfatında əsas yeri heyvandarlıq tutur, südlük-ətlik istiqaməti və donuzçuluq əsas yer tutur. Əkinçilikdə yem istehsalının xüsusi çəkisi böyükdür. Şimal-şərqində kətan becərilir. Taxılçılıqda əsas yeri çovdar əkinləri tutur. Kartofçuluq Belorusiyanın əsas sahəsi hesab olunur. Mərkəz hissəsində geniş yayılıb. Sıx nəqliyyat şəbəkəsinə malikdir.
Əhali
Milli tərkib +Belarus əhalisinin milli tərkibi Etnik qruplar 1999 sa. 2009 sa.Population statistics of Eastern Europe: Ethnic composition of Belarus 2009 cəmi10 045 2379 503 807 belorus8 159 0737 957 252 rus1 141 731785 084 polyak395 712294 549 ukraynalı237 014158 723 yəhudi27 81012 926 erməni10 1918 512 tatar10 1467 316 qaraçı9 9277 079 azərbaycanlı6 3625 567 litvalı6 3875 087 moldavan4 2673 465 türkmən?2 685 alman4 8052 474 gürcü3 0312 400 çinli?1 642 özbək1 5711 593 latış2 2391 549 qazax1 2391 355 ərəb?1 330 çuvaş2 2421 277 mordva1 677877 tacik?871 bolqar?672 yunan?617 başqırd1 091607 vyetnamlı?588 osetin?554 koreyalı?541 udmurt?481 Anadolu türkü?469 mari?416 puştun?429 eston?407 ləzgi?404 qumuq?360 fars?323 karel?302 çeçen?265 komi?212 qaqauz?204 fin?151 avar?149 çex?121 komi-permyak?109 rumın?106 m.g.?225 921 m.b.?608 digər14 8765 178 Qeyd: m.g.- milliyyətini göstərməyənlər./m.b.- milliyyətini bildirməyənlər.
Dil Belarus Respublikasının dövlət dilləri belarus və rus dilləridir.
Din Əhalinin 80%-ni pravoslavlar, 15%-ni katoliklər təşkil edir.
Belarus tanınmış azərbaycanlıları Günəş Abbasova — estrada müğənnisi. Natiq Bağırov — sambo üzrə 4 qat dünya çempionu (1991, 1992, 1997, 1998), Belarus Respublikasının Əməkdar idman ustası, Belarus-Azərbaycan İcmaları Konqresi sədri. Leyla İsmayılova — musiqili televiziya proqramının aparıcısı, 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı. Kamandar Məcidov — Yunan-Roma güləşi üzrə 62 kq çəki dərəcəsində 1988 Qış Olimpiya Oyunları və dünya (1986, 1989) çempionu, SSRİ-nin əməkdar idman ustası, Belarus Respublikasının Əməkdar məşqçisi. Zabit Səmədov — dünya tay boks çempion (WAKO versiya — 2004, IFMA və WMF versiya — 2006, KOK versiya — 2010).
Azərbaycanda tanınmış beloruslar Süleyman bəy Sulkeviç (1865–1920) — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb rəisi, general-leytenant. Leu Daşkeviç (1882—1957) — AXC hökuməti tərəfindən 31 Mart soyqırımını araşdırmaq üçün yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvülərindən biri Belarusdan olan fotoqraf, tədqiqatçı və fransız dili müəllimi olmuşdur. Anatoli Davidoviç (1965–1992) — Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), mayor. Yuliya Ratkeviç — Azərbaycan Respublikasının milliləşdirilmış idmançısı, Azərbaycan yunan-roma stili üzrə güləş yığmasının üzvü, 2009 dünya çempionu (59 kq), 2012 Yay Olimpiya Oyunlarıın bürünc mükafatçısı (55 kq).
Həmçinin bax Belorusiya Sovet Sosialist Respublikası Aleksandr Lukaşenko Azərbaycan–Belarus münasibətləri Belarus Ali Məhkəməsi Belarus Qarabağ münaqişəsində Belarus Qırmızı Xaç Cəmiyyəti Belarus diasporu Belarus traktoru Belarus vilayətləri Belarusiya partizanları Belarusun baş naziri Belarusun hərbi siyasəti Belarus–Özbəkistan münasibətləri
İstinadlar
Xarici keçidlər
Prezidentin rəsmi saytı