Çaubunagungamaug (), həmçinin Vebster gölü kimi də tanınır () — Şimali Amerikada göl. Göl ABŞ-nin Massaçusets ştatında, Vebster şəhəri yaxınlığında yerləşir. Sahəsi 5,83 км²-dir.
Adlandırılması left|thumb|Gölün adını bildirən lövhə. Hər iki ad göstərilib.
Gölün tam adı belədir: Çargoggagoggmançauggagoggçaubunagungamaugg () — bu ad ABŞ-nin ən uzun toponimi hesab olunur. Toponim 45 hərfdən ibarətdir, 15 dəfə «g» və 9 dəfə isə «a» hərfi təkrarlanır. Adın mənası haqqında dəqiq məlumat yoxdur. Mövcud variantlardan ikisi daha çox diqqəti çəkir: yerli hindi tayfaları olan nipmukların dilində «neytral torpaqlar» və ya gülməli başqa bir məna «Sən balığı öz tərəfində tutursan, mən isə öz tərəfimdə və heç kim balığı ortada tutmur»Просто факт.
Müasir dövrdə «Vebster gölü» daha tez-tez işlədilir. Ancaq bəziləri fəxrlə daha uzun addan istifadə edir. 2009-cu ilin aprelindən məlumat və yol lövhələrində gölün bütöv adının yazılışı tətbiq edildi..
Ümumi məlumat Orta dərinliyi — 4,3 metrdir. Maksimal dərinliyi isə 15 metrdirhttp://www.websterlakeassociation.com/GeneralInterest/LakeMaps.htm Webster Lake Association.
Çargoggagoggmançauggagoggçaubunagungamaugg gölünün çuxuru buzlağın geri çəkilməsi nəticəsində formalaşmış və sonra yeraltı sular çuxuru doldurmuş. Göl üç hissədən ibarətdir. Bu hissələr bir birləri ilə dar kanallarla birləşir: Şimal çuxuru (), Orta çuxur () və Cənub çuxuru (). Gölün Frenç çayı ilə birləşdiyi yerdə SES tikilib. Göl bölgədə tanınmış turist məkanı hesab olunur. İnsanlar qayıqla üzür, balıq tutur və dincəlirlər.
Adaları Göldə bir neçə ada var. Adaların bəzilərində məskunlaşma yoxdur: Lonq-AylendLonq-Aylend adası ilə — Atlantik okeanı, Nyu-York şəhərinin yerləşdiyi ada ilə qarışdırılmamalı (Long Island) — gölün ən böyük adası. Yaşayış evləri, elektrik və su xəttləri və s var. Qout-Aylend (Goat Island) — ölçüsünə görə ikinci ada. Bir neçə ev mövcuddur. Uell-Aylend (Well Island) — kiçik ada. Tək bir ev var. Strip-Aylend (Strip Island) — gölün ən şimal adası.Tək ev. Littl-Aylend (Little Island) — tək ev. Kobbl-Aylend (Cobble Island) — kiçik ada.
Həmçinin bax Taumatafakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaifenuakitanatahu Banqkok
Xarici keçidlər История озера Чаубунагунгамауг NY Times — What’s the Name of That Lake? It’s Hard to Say Песня об озере Чаубунагунгамауг Карта озера Чаубунагунгамауг
İstinadlar
Kateqoriya:Massaçusets coğrafiyası