Asetofenon (metilfenilketon) — ümumi formulu C6H5COCH3 olan üzvi birləşmədir.

Fiziki xassələri Molekul kütləsi 120,4; güclü meşə gilası iyisi verən yağlıtəhər rəngsiz maye; ərimə t-ru 19,70C (tərkibində olan suyun miqdarından asılıdır), qaynama t-ru 202,00C; d420=1,0281, nD20=1,5342;∆Hbux0=38,9kC/mol, ∆Hərimə0=16,7kC/mol; suda həll olması 0,55% kütləcə, suyun asetofenonda həll olması 1,05%; etanolda, asetonda, xlorofromda, benzolda yaxşı həll olur.

Kimyəvi xassələri Asetofenon alkilaromatik ketonlara məxsus bütün xassələrə malikdir. Metil qrupunda olan hidrogenlər kifayət qədər mütəhərrikdirlər. Belə ki, Asetofenon xlorlaşdırdıqda α- xlorasetofenon ClCH2COC6H5 əmələ gəlir; kroton kondenslənməsindən dipnon və trifenilbenzol əmələ gəlir. Asetofenon NaNH2 iştirakında enolyat CH2=C(ONa)C6H5 əmələ gətirir ki, sonuncu da xlorkarbon turşusunun efirləri ilə asilləşərək CH2=C(C6H5)OCOOR efirlərinə çevrilirlər. Asetofen aromatik nüvədə əvəzetmə reaksiyalarına qabildir, məsələn, nitrolaşdıqda m-nitroasetofenon əmələ gətirir. Özünə NaHSO3 birləşdirmir. LiAlH4-ün təsirindən və ya mis-xrom katalizatoru üzərində hidrogenləşdirdikdə α-feniletil spirtinə C6H5CH(OH)CH3 reduksiya olunur.

Alınması Asetofenonu sənayedə aşağıdakı üsullarla alırlar: Benzolun asetilxloridlə və ya sirkə anhidridi ilə AlCl3 və ya FeCl3 iştirakında Fridel-Krafts reaksiyasından (Çıxım 85%); etilbenzolun hava oksigeni ilə 115–1200C-də (kat.-Co, Cu, Mn, Ni, Pb və ya Fe benzoatlar) maye fazada oksidləşməsindən 80% çıxımla (əsas əlavə məhsul-16% çıxımla α-feniletil spirtidir).

Tətbiqi Asetofenon və onun törəmələri, məsələn, p-metilasetofenon CH3COC6H4CH3 (ərimə t-ru 230C, qaynama t-ru 2270C; d420=1,002, nD20=1,5335; küsdüm ağacı iyisi verir), p-metoksiasetofenon CH3OC6H4COCH3 (ərimə t-ru 390C, qaynama t-ru 2580C; d420=1,082; günçiçəyi iyisi verir) ətriyyatda istifadə olunur. Asetofenon yuxugətirici xassəyə malikdir.

Ədəbiyyat Кружалов Б. Д., Голованенко Б. И., Совместное получение фенола и ацетона, М., 1963. Несмеянов А. Н., Несмеянов Н. А., Начала органической химии, кн. 2, М., 1970, с. 148–159.

Kateqoriya:Ketonlar Kateqoriya:Aromatik birləşmələr Kateqoriya:Fenil birləşmələri