Tatar süvari alayı — Qafqaz yerli Süvari diviziyasının Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının, həmçinin Tiflis quberniyasının Borçalı mahalının tatarlarından (Azərbaycan türklərindən) formalaşan alaydır. Sonradan Müsəlman korpusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun tərkibində olmuşdur.
Alayın formalaşması 300px|thumb|right|Tatar alayının süvariləri kəşfiyyatda Daha çox "Vəhşi diviziya" adı ilə məşhur olan Qafqaz yerli Süvari diviziyası Qafqaz və Cənubi Qafqazın o dönəmin qanunvericiliyinə görə hərbi xidmətə çağrılmayan könüllü müsəlmanlarından ibarət olub. 1914-cü ilin iyulun 26-da Qafqaz hərbi dairəsinin baş komandanı, süvari generalı, general-adyutant, qraf İ.İ.Vorontsov-Daşkov Hərbiyyə naziri vasitəsi ilə imperator II Nikolaya müraciət edərək, hərbi hissələr qurmaq üçün “döyüşkən Qafqaz xalqlarından” istifadə etmək təklifini irəli sürür.Государственный исторический архив Азербайджанской Республики, ф.62, оп.1, д.81, л.2 Bir gün sonra, iyulun 27-si çar döyüş əməliyyatları davam etdiyi müddətdə Qafqaz və Cənubi Qafqaz əhalisindən bir sıra alay formalaşdırmaq əmri verir. Təsdiq edilmiş ştatlara əsasən, hər süvari alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 kiçik rütbəli sıravi (atlılar) və 68 sıraxarici kiçik rütbəlilərdən ibarət idi.thumb|Hüseyn xan Naxçıvanski|214x214px Azərbaycanlı süvari alayı, çeçen alayı ilə birgə diviziyanın 2-ci briqadasının tərkibində idi və bu briqadaya miralay (polkovnik) Konstantin Xaqandokov rəhbərlik edirdi. Diviziyanın komandiri isə II-ci Nikolayın doğma qardaşı, general-mayor, ali knyaz Mixail Aleksandroviç Romanov, baş qərargahın rəisi isə müsəlman olan Litva tatarı polkovnik Yakov Davidoviç Yuzevofiç təyin olunmuşdu. Р. Н. Иванов. Генерал-адъютант Его Величества. Сказание о Гуссейн-Хане Нахичеванском. — М.: Герои Отечества, 2006, с.171 Tatar alayına gəldikdə isə, buraya komandir vəzifəsinə baş qərargahın polkovnik-leytenantı P.A. Polovtsov, komandir köməkçisi vəzifəsinə - Bakıda doğulmuş polkovnik-leytenant V.D.Staroselski, rotmistr (kapitan) vəzifəsinə isə Şahverdi xan Ziyadxanov təyin edilmişdilər. Həmçinin alaya 10-cu Virtemberq kralı E.V.Novqorodski draqun alayının polkovnik-leytenant, şahzadə Feyzulla Mirzə Qacar təhkim edilmişdi. 1914-cü ilin avqustunda formalaşdırılan alaylara könüllülərin qəbulu haqda elan verilmişdi. Elisavetpol qubernatorunun sözlərinə əsasən, artıq 27 avqustadək 2 mindən çox müsəlman könüllü qismində Tatar alayına yazılmışdı. 400 nəfərin, o cümlədən Borçalıdan 100 azərbaycanlı, lazım olduğu səbəbindən, qeydiyyat həmən dayandırılmışdı.
1914-cü ilin noyabrında Tiflisdə olarkən, II-ci Nikolay müsəlmanların nümayəndə heyətinə bu sözlərlə müraciət edir:
“Bu ağır günlərdə, bizi tək qoymayan və 6 alay hazırlayaraq qardaşımın rəhbərliyi altında ümumi düşmənə qarşı vuruşmağa yollanan Tiflis və Yelizavetpol quberniyalarının müsəlmanlarına dərin təşəkkürümü bildirirəm” "Летопись войны" №17, 13 декабря 1914 г., с.272-273.
Artıq sentyabrın əvvəlində Tatar alayının formalaşması bitmişdi. Qısa zamanda alay Qafqaz yerli süvari diviziyasının toplanış məntəqəsi təyin edilmiş Armavirə yola düşür. Armavirdə çarın qardaşı Mixail Aleksandroviç şəxsən alaylarla tanış olur.
Sentyabrın sonunda alaylar Ukraynaya yönəldilir və orada döyüş əməliyyatlarına hazırlaşmağa davam edirlər. Qeyd etmək lazımdır ki, Tatar (türk) süvari alayı Jmerinka yaxınlığında dislokasiya olunmuşdu.
Noyabrın əvvəlində “Vəhşi diviziya” general-leytenant Hüseyn Xan Naxçıvanskinin Р. Н. Иванов. Генерал-адъютант Его Величества. Сказание о Гуссейн-Хане Нахичеванском. — М.: Герои Отечества, 2006, с.156-157 2-ci Kavaleriya korpusuna birləşdirilir. Noyabrın 15-dən diviziyanın hissələri Lvova göndərilməyə başlayır. Noyabrın 26-da korpusun komandiri Hüseyn Xan Naxçıvanski Lvovda diviziyaya baxış keçirir. Baxış yerindən diviziyanın alayları Sambor şəhərinin cənub-qərbinə yollanırlar və burada Sana çayının yaxınlığındakı göstərilmiş ərazini tuturular. Diviziya Polyançik, Ribna və Verxovinı-Bıstra tərəflərdə ağır döyüşlər aparır. Daha qanlı və ağır döyüşlər 1914-cü ilin dekabrında Sena çayı sahilində və 1915-ci ilin yanvarında Lomna-Lutoviska tərəfdə baş verib. Burada diviziya rəqibin Peremışl istiqamətində irəliləməsinin qarşısını alırdı.
Döyüşlərdə iştirakı 1915-ci ilin fevralında diviziya bir sıra uğurlu əməliyyat həyata keçirir. Fevralın 15 Tatar alayı Brin kəndi yaxınlığında ağır döyüşlər aparırdı. Nəticədə, rəqib bir sıra əlbəyaxa döyüşdən sonra yaşayış məntəqəsindən çölə atılmışdı.
Bu döyüşə görə alayın komandiri polkovnik-leytenant Polovtsov 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırılmışdı. Polovtsovun Yelizavetpol (Gəncə) qubernatoruna məktubundan:
“Diviziyada ilk olaraq öz komandirinə Georgi xaçını gətirən məhz Tatar alayı oldu. Bu ali mükafatdan dolayı şərəf duyaraq, bunu azərbaycanlı atlıların hərbçi keyfiyyətlərinə və sonsuz mərdliyinə borclu olduğumu qeyd edirəm. Xahiş edirəm mənim Yelizavetpol quberniyasının müsəlmanlarının möhtəşəm rəşadətindən aldığım dərin təəsüratlarımı qəbul edəsiniz. Polovtsov”. Государственный исторический архив Азербайджанской Республики, ф.62, оп.1, д.82, л.36258x258px|thumb|right|Polkovnik, şahzadə Fezyulla Mirzə Qovanlı-Qacar
Bu döyüşdə həmçinin, 4-cü dərəcəli müqəddəs Qalib Georgi ordeni ilə təltif edilmiş polkovnik şahzadə Feyzulla Mirzə Qacar da fərqlənib.
Mükafat təqdimatından çıxarış:
“1915-ci ilin fevralın 15-i öz təşəbbüsü ilə, yalnız bir zabitə malik 400-lük Uman kazak alayına rəhbərlik edərək, güclü tüfəng və pulemyot atəşi altında onu rəşadətli hücuma sövq edir, iki dəfə döyüş meydanından qaçmaq istəyən kazakları geri qaytarır və qəti addımlar sayəsində Brin kəndini tutmağa müvəffəq olur”. "Каспий" 26 февраля 1916 г., №45
1915-ci ilin fevralın 17-də polkovnik şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar döyüşdə həlak olmuş Çeçen alayının komandiri polkovnik A.Svyatopolk-Mirskinin yerini tutur. 1915-ci ilin fevralın 21-də diviziyanın komandiri Mixail Romanov general-leytenant Hüseyn Xan Naxçıvanskidən düşməni Tlumaç adlı ərazidən qovmaq əmri alır. Bu tapşırığın yerinə yetirilməsi üçün diviziya komandiri önə Tatar, sonra isə Çeçen alayını çıxarır. Sərt döyüşlər nəticəsində Tlumaç düşməndən azad edilir. Fevralın sonuna 2-ci Kavaleriya korpusunun hissələri Cənub-Qərb cəbhəsinin ordularının Karpat əməliyyatı çərçivəsində döyüş tapşırığını yerinə yetirir.
1915-ci ilin iyul-avqust aylarında “Vəhşi diviziya” Dnestrin sol sahilində ağır döyüşlər aparır. Şahzadə Feyzulla Mirzə Qacar burada da fərqlənməyi bacarır.
Qafqaz yerli süvari diviziyasının komandirinin əmrindən:
“Xüsusi olaraq, ən yüksək şücaətini o Vinyatıntsı (12-15 avqust 1915-ci il) ərazisində gedən ağır döyüşlər zamanı sərgiləyir. 250 atlısını itirmiş 2-ci briqadaya rəhbərlik edərkən, avstriyalıların 5 şiddətli hücumunu dəf edir...”
1916-ci ilin əvvəlində diviziyanın komandan heyətində ciddi dəyişikliklər edilir. Diviziyanın komandiri vəzifəsinə general-mayor (1916-cı ilin iyulun 12-dən general-leytenant) D.P.Baqration təyin olunur. 2-ci korpusun qərargah rəisi təyin edilən general-mayor Y.D.Yuzefoviçin yerinə isə diviziyanın qərargah rəisi qismində polkovnik Polovtsov təyin edilir. Tatar (azərbaycanlı) alayının komandiri vəzifəsinə isə Kabardin atlı alayının polkovniki Fyodor Nikolayeviç (Tembot Janxotoviç) Bekoviç-Çerkasski təyin edilir.
1916-cı ilin mayın 31-də polkovnik Bekoviç-Çerkasski, rəqibi Tışkovtsı kəndindən qovmaq əmri alaraq, avstriyalıların ağır güllə yağışı altında şəxsən 300 azərbaycanlı türkü hücuma göndərir. Atlıların hücumu nəticəsində kəndi düşməndən almaq mümkün olur. Gün birinci yarısında avstriyalılar bir neçə dəfə kəndi geri qaytarmağa cəhd edirlər, lakin buna müvəffəq olmurlar. Bir müddətdən sonra Tatar alayının yardımına polkovnik Feyzulla Mirzə Qacarın iki yüz çeçeni, atlı-dağ diviziyonunun 2 silahı və Zaamur piyada alayının batalyonu gəlir.
177 nəfər əsirdən əlavə avstriyalılar 256 nəfər döyüşçüsünü itirir. Bu döyüşə görə alayın komandiri Bekoviç-Çerkasski 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilir. İyunun əvvəli azərbaycanlı alayı diviziyanın 2-ci briqadası daxilində Çernovtsının qərbində döyüşlər aparır. Düşmənin sərt müqavimətini aşaraq iyunun ortalarında briqada, o biri sahilində avstriyalıların bərkidiyi Çernovtsı çayına yaxınlaşırlar. İyunun 15-i tatar və çeçen alayları düşmənin güllə yağışı altında çayı aşır, dərhal Rostok kəndini ələ keçirir və döyüşlərlə Prut çayının yaxınlığında yerləşən Voroxtı şəhəri istiqamətində şimal-qərbə, Bukovin Karpatlarına doğru irəliləməyə başlayırlar.
Mayın 7-si çeçen alayının komandiri, polkovnik şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar döyüşdə fərqləndiyinə görə general-mayor rütbəsi alır, mayın 30-u isə 2-ci briqadanın komandiri təyin edilir.
Mayın 14-ü polkovnik Bekoviç-Çerkasski 1-ci Qvardiya Kirasir alayının komandiri təyin olunur. Azərbaycanlı alayının başına isə Levan Luarsaboviç Maqalov keçir.
Petroqrad hərbi dairəsinin baş komandanı təyin edilmiş P.A.Polovtsovun Tatar süvari alayının yaranmasında mühüm rolu olmuş Mamed Xan Ziyadxanova teleqramından:
“Hərb nazirindən Tatar alayının mündirini saxlamaq icazəsini alaraq, xahiş edirəm Yelizavetpol quberniyasının və Borçalı qəzasının türklərinə, onların şücaətli alayları haqda xatirələri qürurla yadda saxalayacağımı çatdırasınız. Qalisiya və Rumıniya çöllərində saysız şücaət göstərən müsəlmanlar ulu atalarının layiqli davamçıları olduqlarını sübut etdilər” "Каспий" 26 июля 1917 г., №154.
Cənub-qərb cəbhəsinin ordularının yay irəliləməsi dövründə Azərbaycanlı alayı Stanislavı şəhərinin qərbində hərəkət edirdi.
Mükafatları 277x277px|thumb|right|Cəmşid xan Naxçıvanski1917-ci ilin iyunun 24-ü “fərdi qəhrəmanlıq və şücaətə” və Tatar alayının Kaluş yaxınlığındakı döyüşünə görə alayın komandiri polkovnik Levan Maqalov, leytenant Cəmşid xan Naxçıvanski, kornetlər Xaitbey Şervaşidze və qraf Nikolay Bobrinski 4-cü dərəcəli Georgi xaçları ilə mükafatlandırılırlar.
Bundan əlavə, alayın döyüşçüləri də çoxlu sayda mükafatlarla təltif ediliblər. Əsasən, döyüşlərdə unter-zabitlər və sıravi atlılar fərqləniblər. Tam Georgi kavaleri adına layiq görülənlər (Georgi xaçının 4 dərəcəsinin hamısını alan) Əli bəy Nəbibəyov, Sayad Zeynalov, Mehdi İbrahimov, Ələkbər Hacıyev, Daço Daurov, Aleksandr Kaytukov olublar. 3 Georgi xaçı və 3 Georgi medalına isə Osman Ağa Gülməmmədov yiyələnib. Kəşfiyyatçılar dəstəsində unter-zabit kimi xidmətə başlamış Zeynal bəy Sadıxov 3 Georgi xaçı, 1 Georgi medalı, hərbi fərqlənməyə görə zabit olduqdan sonra isə 4 döyüş ordeni ilə təltif edilib.
Müqəddəs Georgi xristianlığa aid əfsanəvi şəxsiyyət sayıldığından qeyri-xristianlara təltif nişanı verilərkən üzərində Rusiya gerbinin əsas elementi - ikibaşlı qartal olan nişan verilirdi. Maraqlıdır ki, bu müsəlman süvariləri arasında narazılıqla qarşılanırdı. Təsvirin mahiyyətinə varmadan bir çox sıravilər, "Bizə quş vermə, istəmirik, bizə yigiti ver" deməklə məhz süvari təsviri olan nişan tələb edirdilər. Bu səbəbdən "Hərbi ordenin fərqlənmə nişanı"nın üzərində sadə təsvir olan yeni forması təsis edilmişdi.İstiqlal Yürüşü 1918 Ağayev Yusif, Əhmədov Səbuhi, Bakı, "Altun Kitab", 2009, səh 77
Müharibə illəri dövründə Tatar alayında fərqli milliyətlərə aid olmuş 60 zabit xidmət edib. Onlar arasında polkovniklər Aleksandr Albrext və Nuh bəy Sofiyev, rotmistr Sergey Baqretsov, qərargah rotmistrləri Nikolay Kazbeqi, Süleyman bəy Sultanov, Mixail Xoranov, leytenant Səlim bəy Sultanov, kornetlər Andrey Bers, Şarl Testenuar, bayraqdarlar qraf Mixail Muravyov-Amurski, şahzadə İdris Ağa Qacar və digərləri olublar.
1917—1920-ci illərdə