Tisa çayı () — Dunay çayının ən uzun qolu olub, Mərkəzi Avropadan axır.

Coğrafi mövqeyi Bu çay başlanğıcını Ukraynanın qərb əyalətindən götürür. Onu demək olar ki, Raxova şəhəri yaxınlığında Qara Tisa və Ağ Tisanın birləşməsi əmələ gətirir. Qara Tisanın mənbəyi dəniz səviyyəsindən 1400 m-də olub, şimal-şərq Svidov qalxmasından başlanğıc götürür. Ağ Tisa isə öz başlanğıcını cənub-qərbi Çernoqoriya massivindən 1650 m hündürlüyündən başlanğıcını götürür. Ukrayna daxilində Tisa çayı 201 km məsafədə uzanır. Tisa əvvəlcə Ukrayna və Rumiya sərhəddi ilə, sonra isə Ukrayna və Macarıstana sərhəddindən axır. Serbiya ərazisində Dunay çayına tökülür. 1973-cü ildə çayın üzərində Tisa su anbarı tikilmişdir.Ресурсы поверхностных вод СССР. Описание рек и озёр и расчёты основных характеристик их режима. — Т. 6. Украина и Молдавия. Вып. 1. Западная Украина и Молдавия (без бассейна р. Днестра). — Л., Гидрометеоиздат, 1978. — 47-57 с.

Bu növdən olan pərvanələr əvvəllər Avropanın bir çox çaylarında geniş yayılmışdı. Lakin antropogen amillərin təsiri nəticəsində suyun keyfiyyətinin pisləşməsi ona gətirib çıxarmışdır ki, indi belə kütləvi uçuşlar yalnız Macarıstanda və Serbiyada müşahidə olunur.

Sahillərindəki şəhərlər Ukraynada olanlar Raxov Tyaçev Xust Çop Ruminiyada olanlar Siqetu-Marmaçiyey Macarıstanda olanlar Dombrad Tokay Solnok Seqed

Çayın qolları Sağ qolları: Kosova (41 km), Teresva (56 km), Tereblya (91 km), Rika  (92 km), Borjava (106 km), Bodroq  (188 km), Eqer (291 km), Zadva, Eqricka, Kereş. Sol qolları: Viseul, İza, Someş, Kereş, Mureş, Beqa, Batar, Krasna, Moskva

Həmçinin bax Dunay çayı Serbiya

İstinadlar https://azertag.az/xeber/TISA_CHAYI_UZARINDA_PARVANALAR-412574 Kateqoriya:Ukrayna çayları Kateqoriya:Macarıstan çayları Kateqoriya:Rumıniya çayları Kateqoriya:Serbiya çayları Kateqoriya:Slovakiya çayları Kateqoriya:Dunayın qolları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Avropanın beynəlxalq çayları