AKURİ (AXURA) — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı.

Tarixi Böyük Ağrı dağının yamacında yerləşən Axura kəndi 1840-cı ildə zəlzələdən dağılmışdır. (M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasında cadugər Məstəlişah Şəhrəbanu xanıma deyir: "Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının dağlarını qaldırıb yer ilə yeksan etsinlər ki, zərbindən Aqri dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı". M. F. Axundov. Əsərləri. I cild, s.68). Kəndin sağ qalmış əhalisi köçüb haqqında danışdığımız kəndi yaratmışdır. Ona görə kənd Yeni Axura adlanmışdır. İlk dəfə Urartu mənbələrində (er.əv. VIII əsr) Akuriayni kimidir. Qədim Akuri kəndi ilk dəfə "Kitabi-Dədə Qorqud"da Arquri ("Arquri yatan Alataq") kimidir.Hüseynzadə Ə. Sabunçu toponiminin mənşəyi. S. M. Kirov adına ADU-nun "Elmi əsərləri" 1975, № 7. XVII əsrin əvvəllərində kəndin adı "Arquri" yazılmışdır.XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasındakı Akori, həmin quberniyanın Oltin qəzasındakı Akurtis, Telavi qəzasındakı Akuri, Akuris-mta, Naxçıvandakı mənbəyini Keçəltəpə dağından alan Axurçay, Qusar rayonundakı Axurçay və s. toponimlərlə mənşəcə eynidir. Gürcüstanın Kaxeti bölgəsində Akuri adlı kənd 1407-ci ildən məlumdur. Qədim türk dillərində argu -"dağlar arası vadi", ya da arqu -"dərələrlə şaxələnmiş dağ" sözündəndir.

Həmçinin bax İrəvan xanlığı Ağmanqan

Xarici keçid http://karabakhinfo

İstinadlar

Kateqoriya:İrəvan xanlığı Kateqoriya:Qərbi Azərbaycan mahalları Kateqoriya:Qərbi Azərbaycan mahallarının kəndləri Kateqoriya:Toponimlər